QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/339_dilq-m-sg-rov-v-sahbaz-quliyevl-bagli-r-smi-aciqla

SIYASƏT

Hamısı

Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı- RƏSMİ AÇIQLAMA

(8 Ay, 15 Gün öncə) 217 İzlenme 0 Yorum
Dilqəm Əsgərov və Şahbaz Quliyevin dəyişdirilməsi ilə bağlı məsələyə baxılacaq.

UTVXƏBƏR.com:          “Azərbaycan həmişə girovlarımızın “hamının hamıya” prinsipi ilə dəyişdirilməsi təklifi ilə çıxış etmişdir. Təəssüflə qeyd etmək istəyirəm ki, digər sahələrdə olduğu kimi, Ermənistan tərəfindən bu sahədə də tamamilə qeyri-humanist, destruktiv siyasət həyata keçirilir. Bu da münaqişənin ümumiyyətlə həlli prosesinə də şamil olunacaq bir yanaşmadır ki, Ermənistan tərəfdən hər addımda görürük”.
 

 Bu  sözləri  keçirilən brifinqdə Prezidentin köməkçisi Hikmət Hacıyev erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevə koronavirus testi edilməsi üçün beynəlxalq təşkilatlara müraciət olunması ilə bağlı suala cavab verərkən bildirib:
 
“Dilqəm Əsgərov və Şahbaz Quliyevin səhhəti ilə bağlı məsələ bilavasitə Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə həyata keçirilir. Bu BQX-nin aidiyyəti yerli nümayəndəlikləri də bu prosesdə Azərbaycan Respublikasına dəstəkçi olurlar və müəyyən əlaqələndirməni, rabitəni həyata keçirirlər.
 
Təbii ki, Azərbaycanın çağırışı da ondan ibarətdir ki, məhz Covid-19 riskini, onun yaratdığı qlobal-humanitar fəlakəti nəzərə alaraq, humanist məramlardan çıxış edərək “hamının hamıya” prinsipi əsasında girovların dəyişdirilməsi həyata keçirilməlidir.
 
ATƏT-in Minsk qrupunun həmsədrlərinə, aidiyyəti beynəlxalq təsisatlara, o cümlədən Beynəlxalq Qızıl Xaç Komitəsinə girovlarımızın səhhəti ilə bağlı, o cümlədən Covid-19-dan irəli gələn səhiyyə problemləri ilə bağlı müraciətlərimiz davamlı şəkildə edilir və bundan sonra da ediləcək”.
 
 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    15 Gün, 2 Saat öncə
BIST
1542-0,64
ALTIN
442,399-0,07
EURO
9,01050,76
DOLAR
7,39850,43
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı