UTVXƏBƏR.com: Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində həbs edilən Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müavini Bayramov Rafiq Yasin oğlu və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Sultanov Zakir İmran oğlu ictimaiyyət tərəfindən müsbət qarşılanıb.
Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev vəzifəsindən azad olunması gözlənilir. Buna səbəb, Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Nazirliyində əməliyyat keçirməsinin fonunda nazirin fəaliyyətinə cəmiyyətin qınağıdır. Əsasən siyasətçilər, deputatlar Ə.Qarayevin fəaliyyətini mənfi qiymətləndirirlər. Baş verənlərdən nazirin xəbərsizmiş kimi görünməsi də müzakirələrə səbəb olub.
Bildirilib ki, Prezident yaxın günlərdə Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayevin vəzifəsindən azad olunması ilə bağlı qərar verəcək.