MƏDƏNİYYƏT

Hamısı

Ulu öndərin anadan olmasının 97-ci ildönümünə həsr edilmiş “İstedad–baxış” müsabiqəsi başa çatıb

(4 Ay, 18 Gün önce) 122 İzlənmə
Ulu öndərin anadan olmasının 97-ci ildönümünə həsr edilmiş “İstedad–baxış” müsabiqəsi başa çatıb

UTVXƏBƏR.com:     Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Kürdəmir rayon Mədəniyyət Mərkəzi, Kürdəmir rayon Mərkəzi Kitabxanası və Kürdəmir Rayon Uşaq İncəsənət Məktəbi xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə əlaqədar beş nominasiya üzrə onlayn “İstedad–baxış” müsabiqəsinə yekun vurulub.

8 yaşdan 30 yaşadək uşaq və gənclərin iştirak etdiyi müsabiqənin məqsədi yeniyetmə və gənclərin bədii-estetik səviyyəsini yüksəltmək, mədəni həyat tərzini formalaşdırmaq, incəsənətimizin, mədəniyyətimizin ayrı-ayrı növləri üzrə istedadlı gəncləri üzə çıxarmaq, onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək verməkdən ibarət olub.

Münsiflər heyətinin rəyinə əsasən müsabiqədə bədii qiraət, rəsm, rəqs, musiqi və əl işləri nominasiyaları üzrə ilk üç yeri tutanlar mükafata layiq görülüblər. Hər nominasiya üzrə əlavə iki həvəsləndirici diplomlar verilib.


BIST
11530,79
ALTIN
503,0950,22
EURO
9,64541,10
DOLAR
8,15531,07
Arxiv
Anketlər
Aydın Büyükşehir Belediyesinin Çalışmalarından Memnun musunuz?
Bu anketə toplam 3 şəxs qatıldı