QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/318_dost-m-rk-zl-rin-100-000-ci-v-t-ndas-muraci-ti-qey

SOSIAL

Hamısı

DOST mərkəzlərinə 100 000-ci vətəndaş müraciəti qeydə alınıb

(13 Ay, 9 Gün öncə) 208 İzlenme 0 Yorum
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin DOST mərkəzlərinə 100 000-ci vətəndaş müraciəti qeydə alınıb.

UTVXƏBƏR.com:    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin DOST mərkəzlərinə 100 000-ci vətəndaş müraciəti qeydə alınıb.

Müraciəti paytaxtın Xəzər rayon sakini Elmira Balayeva 2 saylı Bakı DOST Mərkəzinə edib. Pandemiya ilə əlaqədar ölkəmizdə xüsusi karantin rejimi tətbiq edildiyi üçün E.Balayeva öz müraciətini elektron formada göndərib.

Vətəndaşın müraciəti ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi ilə bağlı olub.

2 saylı Bakı DOST Mərkəzinin direktoru Seymur Alıyev və Agentliyin digər əməkdaşları 100 000-ci müraciəti edən vətəndaşın evində ona DOST Agentliyinin xüsusi hədiyyələrini və təşəkkürnamə təqdim ediblər.

E.Balayeva xüsusi karantin rejimi olmasına baxmayaraq ona göstərilən operativ və şəffaf xidmətə görə təşəkkürünü bildirib.
Qeyd edək ki, bu gün DOST Agentliyinin və onun 1 saylı DOST mərkəzinin (Səbail, Yasamal) açılışının bu gün 1 ili tamam olur. DOST mərkəzlərində vətəndaşların xidmətlərdən məmnunluq səviyyəsi 96%-dir.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    4 Ay, 7 Gün öncə
BIST
1454-0,48
ALTIN
508,0590,00
EURO
10,18270,61
DOLAR
8,40030,42
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı