UTVXƏBƏR.com: “Formula 1” iyulun 5-də Avstriyada başlayacaq. Bu barədə “The Judge 13” portalı mənbəsinə istinadən məlumat yayıb. Bildirilib ki, bu qərar Beynəlxalq Avtomobil Federasiyası (FIA) tərəfindən qəbul edilib və mayın 8-də bildiriş “Formula 1” rəhbərliyinə təqdim edilib.
Yarış iki mərhələdən ibarət olacaq. Birinci mərhələ iyulun 5-də, ikinci mərhələ isə iyulun 8 və 9-da baş tutacaq. Bundan sonra iyulun 19 və 23-də Böyük Britaniyada iki mərhələdən ibarət yarış keçiriləcək.
Məlumata əsasən, koronavirus səbəbindən bu il baş tutmalı olan Bəhreyn, Vyetnam, Çin, İspaniya Niderland, Azərbaycan və Kanada Qran-priləri təxirə salınıb, Avtraliya, Monako və Fransa mərhələləri isə ləğv edilib.