SON XƏBƏR

Hamısı

“Xəzər TV”də bu verilişin yayımı dayandırıldı-SON DƏQİQƏ.

(4 Ay, 22 Gün önce) 147 İzlənmə
“Xəzər TV”də yayımlanan Kamal Dənizin “Çöl adamı” verilişinin yayımı dayandırılıb.

UTVXƏBƏR.com:             Əldə etdiyimiz  məlumata görə, “Xəzər TV”də  yayımlanan Kamal Dənizin “Çöl adamı” verilişinin yayımı dayandırılıb.Yenicag.az-a açıqlama verən Kamal Dəniz xəbəri təsdiq edib:

“Bəli, aprelin 15-dən verilişin yayımı dayandırılıb. Amma çəkilişlərimiz davam edir. Hazırda Şəmkir rayonunda çəkilişdəyik. Bu veriliş müəllif layihəmdir. Azərbaycan tarixi, milli mətbəxi, mədəniyyəti, təbiətini əks etdirən və təbliğ edən verilişdir. Kifayət qədər tamaşaçı auditoriyası var.

Tamaşaçılar yaxın vaxtlarda “Xəzər TV”də olmasa da, başqa telekanalların birində verilişi izləyə biləcəklər”.

Aparıcı verilişin yayımının hansı səbəbdən dayandırılmasına belə aydınlıq gətirib:

“Yeni format təklif olundu, qəbul etmədim. Ərizəmi yazıb işdən çıxdım”
 


BIST
1112-1,33
ALTIN
506,1291,64
EURO
9,73240,40
DOLAR
8,35081,11
Arxiv
Anketlər
Aydın Büyükşehir Belediyesinin Çalışmalarından Memnun musunuz?
Bu anketə toplam 3 şəxs qatıldı