QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/298_-lider-tv-d-n-bas-verir-

GÜNDƏM

Hamısı

“Lider” TV-də nə baş verir?

(8 Ay, 21 Gün öncə) 175 İzlenme 0 Yorum
“Lider” TV bütün əməkdaşlarını işdən kənarlaşdırıb.

UTVXƏBƏR.com:      Musavat.com-a istinadən xəbər verir ki, bu barədə telekanal əməkdaşları məlumat veriblər. Onların bildirdiyinə görə, kanal rəhbərliyi onlara öz hesablarına üç aylıq məzuniyyətə çıxmaları barədə ərizə yazmalarını tapşırıb. Telekanal əməkdaşları da bu tapşırığa sözsüz əməl etmək məcburiyyətində qalıblar. İşçilərdən ancaq texniki heyətin kiçik bir qismi saxlanılıb. Bütün layihələr dayandırılıb, efir isə köhnə veriliş və filmlərlə doldurulacaq. İşdən çıxarılan şəxslər artıq digər telekanallara, media qurumlarına iş üçün müraciət ediblər. Çünki onlara yenidən kanala qaytarılmayacaqları bildirilib.

 Telekanal əməkdaşlarının sözlərinə görə, bu qəfil qərarın verilməsinə səbəb Lider TV-dəki maliyyə problemləridir. Rəhbərlik telekanalın büdcəsini düzgün idarə edə bilmədiyi üçün çıxış yolu olaraq işçiləri işdən kənarlaşdırmağı uyğun bilib. Prosesin nə ilə yekunlaşacağı, telekanal rəhbərliyinin əl dəyişdirib-dəyişdirməyəcəyi isə suallar sırasındadır.

  


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    18 Gün, 20 Saat öncə
BIST
15360,00
ALTIN
437,7460,14
EURO
8,94820,11
DOLAR
7,35780,08
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı