SON XƏBƏR

Hamısı

Yardımlı rayon Məhkəməsinin hakimi xüsusi ittiham icraatından niyə imtina etdi?- İSLAHATA EHTİYAC DUYULAN RAYON MƏHKƏMƏSİ !

(4 Ay, 21 Gün önce) 1,02 B İzlənmə
Ölkə Prezidentinin uğurlu siyasəti nəticəsində ölkə ərazisində müxtəlif təşkilatlarda islahatlar aparılır. Məhkəmə instansiyalarında da aparılan islahatların davamlı olacağına inanırıq. Ona da inanırıq ki, Yardımlı rayon Məhkəməsi yaddan çıxmayacaq.

ÜMİDTV.com:         Xəbər verdiyimiz kimi,  ötən gündən başlayaraq  ölkə Prezidentinin müvafiq sərəncamı ilə Ali və Apellyasiya Məhkəmələrində, İnzibati və Kommersiya Məhkəmələrində, həmçinin də bir neçə rayon məhkəməsində hakim təyinatları həyata keçirildi. Zaman-zaman ölkəmizdə məhkəmə strukturunda da islahatlar aparılıb.  Buna baxmayaraq yenə də, Qanunun tələblərinə əməl etməyən hakimlər var.

Bu gün siz dəyərli oxuculara, Yardımlı rayon Məhkəməsinin sədri və hakimi İlqam Həsənquliyevdən danışacağıq.

Belə ki, bir neçə müddətdir ki, Yardımlı rayonunda Cəlil Zabidov adında şəxs sosial şəbəkələrdə blogerliklə məşğuldur.   Bu şəxs Youtubedə yayımlanan ABA adlı internet portalı vasitəsi  ilə rayondan çəkilişlər edərək həmin kanala ötürür.  Sonradan apardığımız araşdırmadan məlum oldu ki, bu şəxs Yardımlı rayonunun Dəlləyli kənd orta məktəbində müəllim işləyir.  Müəllim hara, Blogerlik hara !  Nəisə...!

Bu məsələnin üzərində çox dayanmaq istəmirik. Söhbət Yardımlı rayon Məhkəməsinin hakimindən gedirsə, məhz o məsələnin üzərində dayanmaq istəyirik.

Adını qeyd etdiyimiz Cəlil Zabidov  Yardımlı İcra Hakimiyyəti ilə bağlı yayılan informasiya ilə əlaqədar olaraq, ABA  internet portalının müxbirinin zənginə cavabında bildirir ki, “bunların hamısını edən Əkbər Sadiyevdir. Bilirsiniz o kimdir. O şəxs mal oğrusudur, indidə burda onun barəsində cinayət işi var” .

Cəlil Zabidovun bu yalan məlumatını olduğu kimi ABA internet portalı sosial şəbəkədə ictimailəşdirmişdir. Daha sonradan Əkbər Sadiyev Məhkəməyə müraciət edəndən sonra ABA kanalı həmin videonu youtubedən silmişdir.

Mahiyyət bu deyil, məsələ məhkəmə işinin nə ilə sonlandığındadır.

07 may 2020-ci il tarixdə, yəni  ötən gün Əkbər Sadiyevin şikayəti üzrə Xüsusi ittiham qaydasında Yardımlı rayon Məhkəməsinin icraatında olan işin məhkəmə iclası keçirilib. Məhkəmə iclası saat 10:00-a təyin olunmasına baxmayaraq, şikayət üzrə təqsirləndirilən kimi  keçən Cəlil Zabidov məhkəmə iclasına gəlmədiyindən sədrlik edən hakim onu  hörmət əlaməti olaraq gözləmək qərarına gəlib. Təxminən 12:30-da Cəliol Zabidov gəldikdən sonra hakim İlqam Həsənquliyevin sədrliyi ilə məhkəmə iclası başlayıb.

Şikayətçi Əkbər Sadiyevin izahatı alındıqdan sonra, söz Cəlil Zabidova verilib. Cəlil Zabidov ilk olaraq kadrda onun  özünün olmasını inkar edib.  Məhkəməyə təqdim olunan kadrları gördükdən sonra Cəlil Zabidov bütün günahları ABA kanalının üzərinə yıxaraq özünü təmizə çıxarmağa çalışıb. Elə Yardımlı rayon Məhkəməsinin sədri, məhkəmə iclasına sədrlik edən hakim də Cəlil Zabidovun dediklərini təsdiqləməklə tələsik  qərarıı elan edib.  Qərara əsasən,  şikayətin icraata qəbul edilməsindən imtina edilib.  Hakim qərarını belə əsaslandırıb ki, məlumat kütləvi informasiya vasitəsində yayımlandığı  üçün, şikayət ABA kanalının yerləşdiyi hüquqi ünvan üzrə həmin kanala qarşı verilməlidir.  Əslində qərarı oxuyanda mahiyyət bunu əks etdirir.   Həmin qərardan Əkbər Sadiyev apellyasiya şikayəti verəcəyindən, biz qərarın mahiyyətinin üzərində dayanmağı hələ ki, zəruri hesab etmirik.

Təbii ki, hakimin hazırkı qərarı Qanunun tələblərinə cavab vermir. Ümid Tv Azərbaycan kanalının canlı efirində bu məsələyə geniş şəkildə münasibət bildirəcəyik.  

İndi isə sadəcə bir neçə nüansa toxunmaq istəyirik.

Hakimin qənaətindən belə çıxır ki, facebook və youtubedə yayımlanan yalan məlumat xarakterli kadrlara görə  həmin sosial şəbəkələri məhkəməyə vermək lazımdır. Yəni  həmin şəbəkələrdə yalan məlumat yayan şəxlərin heç bir məsuliyyəti  yoxdur.   Belə çıxır ki, ABA  kanalında istənilən şəxs çıxıb ağzına gələni danışa bilər və o şəxsin ifadələrində cinayət tərkibi olsa da, şəxs deyil, o məlumatı yayan internet portalı məsuliyyət daşıyır.  Belə bir qənaət nə dərəcə də doğru ola bilər.  Lakin nəzərə alınmalıdır ki, hər kəs hüquqları baxımından Qanun qarşısında bərabərdir.  Cinayət tərkibi-şəxsin törətdiyi  əməli özündə ehtiva edir.  Yəni Əkbər Sadiyevi oğurluqda ittiham edən şəxs Cəlil Zabidovdur.  Həmin məlumatı dəqiqləşdirmədən, qarşı tərəfin münasibətini öyrənmədən  KİV olaraq ictimailəşdirən isə ABA kanalıdır.  Bütün hallarda yalan məlumatı səsləndirdiyinə görə Cəlil Zabidov şəxsən məsuliyyət daşıyır. ABA kanalı isə həmin məlumatı yaydığına görə məsuliyyət daşıyır.  Bu o deməkdir ki, hər kəs  törətdiyi əmələ görə cavabdehlik daşıyır. 

Yardımlı rayon Məhkəməsi hakimi nin isə, qeyd edilən halları nəzərə almaması sual doğurur.  Bu sualın cavabı müəmmalı deyil, sadəcə hazırda bu sualın üzərində dayanmaq istəmirik.

Bu məqaləni dərc etməkdə məqsədimiz budur ki, Yardımlı rayon əhalisinin taleh yüklü məsələləri  məhz  hakim cənab İlqam Həsənquliyevin mühakiməsinə bağlıdır.  Xüsusi ittiham icraatında törədilən cinayət faktına düzgün hüquqi qiymət verilməlidir.  Məhz bu tipli qərarların qəbul edilməsi səbəbindən sosial şəbəkələrdə  təhqiramiz ifadə yağışları sel kimi yağmaqda davam edir.  Səbəb də budur ki, təhqir və yalan məlumatları yaymaqla məşğul olan hər sosial şəbəkə istifadəçisi qabaqcadan bilir ki, məhkəmənin mövqeyi necə olacaq. Yəni şikayətçi bütün instansiyaları keçməlidir ki, sonunda  onun şikayəti icraata qəbul edilsin və baxılsın. Baxın,  bizim əsas bəlamız da elə bundadır !

Düşünürük ki,  ittihamedici, təhqiredici və yalan məlumatları yayan Cəlil Zabidov kimləri Yardımlı rayon Məhkəməsinin əsassız olan bir qərarından güc alırsa və məhkəmə belələrini müdafiə edirsə, bu artıq faciə deməkdir ! 

Məhkəmənin həmin qərarından Şirvan Apellyasiya Məhkəməsinə şikayət veriləcək.  İnanırıq ki,  Apellyasiya instansiyası Yardımlı rayon Məhkəməsinin yol verdiyi nöqsanlara lazımi hüquqi qiymətini verəcək.

Son da məhkəmə iclasında şahidi olduqlarıma əsaslanaraq qənaətim belədir ki, Yardımlı rayon Məhkəməsinin islahata ehtiyacı var.

Ardı olacaq...!

Əkbər Sadiyev / Ümid Tv azərbaycan


BIST
1191-0,58
ALTIN
487,1090,02
EURO
9,40680,52
DOLAR
7,94270,33
Arxiv
Anketlər
Aydın Büyükşehir Belediyesinin Çalışmalarından Memnun musunuz?
Bu anketə toplam 3 şəxs qatıldı