QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/261_ruzi-nurullayevl-vitse-spiker-arasinda-g-rginlik-y

GÜNDƏM

Hamısı

Ruzi Nurullayevlə Vitse Spiker arasında gərginlik yaşanıb: "SİZİN ADINIZ RAZİDİR, ONUN ADI RACİDİR !"

(8 Ay, 12 Gün öncə) 2,18 B İzlenme 0 Yorum
“Biz bələdiyyələrlə bağlı qüsur və nöqsanları daim gündəmə gətirmişik. Onların aradan qaldırılması üçün təkliflər vermişik. Bu sahədə müəyyən addımlar atılıb”.

ÜMİDTV.com:    Bunu Milli Məclis sədrinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli deyib. 

Vitse-spiker bildirib ki, Azərbaycanın siyasi həyatında bələdiyyələrin öz yeri var: 

“Bələdiyyələrdə qüsurlar, nöqsanlar var. Bununla bağlı deputatlar zaman-zaman çıxış edirlər. Bələdiyyələrin 20 illik fəaliyyətinə kölgə salmaq, hamısını rüşvət almaqda təqsirləndirmək insan hüquqlarının pozulmasıdır. Eyni zamanda, yaxşı işçilərin fəaliyyətinə qara yaxmaqdır”. 

Vitse-spiker deputat Razi Nurullayevi danışarkən diqqətli olmağa çağırıb: “Çıxışlarınıza qulaq asanda, adı sizin adınıza oxşayan bir mərsiyəçi var, o yadıma düşür. Sizin adınız Razi, onun adı isə Racidir. Siz hər dəfə danışanda onun mərsiyələri yada düşür. Fikirlərinizdə diqqətli olun”. 

Qeyd edək ki, deputat R.Nurullayev Milli Məclisin bu gün keçirilən iclasında bələdiyyələrin və onun işçilərinin fəaliyyətini tənqid edib. /Mənbə: Oxu.az/


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    6 Gün, 6 Saat öncə
BIST
1524-1,49
ALTIN
438,5170,30
EURO
9,00640,63
DOLAR
7,44481,12
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı