QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/259_190-manati-alanlar-may-ayindan-sonra-da-bu-m-bl-gi

GÜNDƏM

Hamısı

190 manatı alanlar may ayından sonra da bu məbləği alacaqlar-AÇIQLAMA

(14 Ay, 28 Gün öncə) 1,04 B İzlenme 1 Yorum
“Aprel ayında xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləmiş, 190 manatlıq birdəfəlik ödəmə alan aztəminatlı şəxsin may ayında işləmək imkanı yaranarsa, onun işsiz kimi qeydiyyatı dayandırılır”.

ÜMİDTV.com:   “Aprel ayında xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləmiş, 190 manatlıq birdəfəlik ödəmə alan aztəminatlı şəxsin may ayında işləmək imkanı yaranarsa, onun işsiz kimi qeydiyyatı dayandırılır”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev “Yeni” TV-nin canlı yayımında bildirib.

Onun sözlərinə görə, həmin şəxsə ikinci ay üzrə 190 manat ödəniş verilməyəcək:

“190 manat birdəfəlik ödəniş iki aylıq nəzərdə tutulmuşdu. Koronavirus pandemiyası ciddi qeyri-müəyyənlik yaradır və vəziyyətin nə qədər davam edəcəyi bilinmir. Şəraitdən asılı olaraq, bu məsələyə baxıla bilər”.

“Ölkəmizin istənilən məsələ ilə bağlı proqramı icra etməyə və əhaliyə dəstək göstərməyə imkanı var. Lakin indidən bu barədə proqnoz vermək və danışmaq tezdir”, - deyə nazir müavini qeyd edib.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    5 Ay, 22 Gün öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı