İQTİSADİYYAT

Hamısı

Bu şəxslərə 190 manatlıq ödəmə niyə verilməyəcək ?

(4 Ay, 25 Gün önce) 736 İzlənmə
“Xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləmiş aztəminatlı vətəndaşlar birdəfəlik ödəmə (190 manat) üçün müraciət edib, imtina qərarı alıblarsa, bu şəxslərlə məşğulluq haqqında qanuna uyğun olaraq, fərdi qaydada işləyəcəyik”.

ÜMİDTV.com:   Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev “Yeni” TV-nin canlı yayımında bildirib.

Onun sözlərinə görə, həmin şəxslərin məşğulluq imkanlarının araşdırılması və əmək bazarına qaytarılması üçün proqramlar hazırlanır:

“50 minə yaxın ictimai ödənişli vakant iş yerləri var. Bu yerləri işə ehtiyacı olanlara təklif edəcəyik. Bu işlərdə maaşın məbləği 250 manatdır. Təəssüflə qeyd edirəm ki, 190 manata müraciət edən bir çox vətəndaşlara ictimai işlər təqdim olunur, amma onlar imtina edirlər. Demək, onların hər hansı əlavə qazancı var və 190 manata əlavə gəlir kimi baxırlar”.

“Ehtiyacı olan vətəndaş bu işi qəbul etməlidir. İctimai ödənişli işlərdən imtina edənlərin işsiz statusu ləğv edilir”, - deyə A.Əliyev əlavə edib.


BIST
1112-1,33
ALTIN
505,6681,55
EURO
9,73240,40
DOLAR
8,35081,11
Arxiv
Anketlər
Aydın Büyükşehir Belediyesinin Çalışmalarından Memnun musunuz?
Bu anketə toplam 3 şəxs qatıldı