QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/2430_oxu-v-paylas-srin-q-hr-mani-ali-bas-komandanin-tra

CƏMİYYƏT

Hamısı

Oxu və Paylaş: Əsrin Qəhrəmanı Ali Baş Komandanın ətrafında birləşməliyik – Rəhman Cəbiyev

(50 Gün, 1 Saat öncə) 7,33 B İzlenme 0 Yorum
Azərbaycan yaşayacaq, inkişaf edəcək, İlham Heydər oğlu Əliyevlə irəliləyərək dünyanın ən inkişaf etmiş ölkələrinin məcburən barışacağı Müasir Azərbaycan qurulacaq!

UTVXƏBƏR:     30 illik Qarabağ həsrəti, 44 günlük Vətən müharibəsi.  21-ci əsrin Ümumxalq birliyi. Yaddaşımıza həkk olunan bu tarixi amillərin sonucunun Zəfərlə bitməsinin başlıca səbəbləri, düzgün siyasətin yürüdülməzi, yüksək iradənin nümaiş etdirilməsi,qazanılan  inam və etibarın Ümumxalq birliyinə çevrilməsi təşkil edir.

Ölkə Prezidentinin hərbi və siyasi uğuru tarixin qızıl səhifələrinə həkk olundu. Azərbaycan Prezidenti  cənab İlham Əliyev, bu 30 il müddətində yüksək iradə nümaiş etdirərək, yanaşı düzgün siyasət yürüdərək  44 gün müddətində rəşadətli Azərbaycan ordusunun şücaəti sayəsində torpaqlarımızı n çox hissəsini hərbi yolla erməni işğalından azad etdi.  Çox az qismi işğalda qalan torpaqlarımızın isə siyasi yolla Azərbaycana qaytarılmasına nail oldu. Bu savaşda Azərbaycan qalib oldu. Bu qalibiyyət Azərbaycan xalqının və Azərbaycan ordusunun Ali Baş Komandanın ətrafında sıx birləşməsindən qaynaqlandı.

Lakin son vaxtalar, bu tarixi zəfərimizə kölgə salanların aktivliyi sosial şəbəkələrdə açıq-aydın görünür.  Bu monitor arxası dırnaqarası qəhrəmanların bir çoxu ölkə xaricindən ictimai təbliğatı Azərbaycanın əleyhinə yönəldən politoloqlar və blogerlərdir. Öz gözlərində hər şeyi asan və rahat görən bu dırnaqarası qəhrəmanların narahatlığının əsas səbəbləri də məhz Azərbaycanın 44 günlük qələbəsidir. Çünki Xalq artıq öz Prezidentinə güvənir və onu dəstəkləyir. Hətta bu Zəfərdən sonra Azərbaycan ictimaiyyəti Prezident seçkilərinin keçirilməməsini təklif etməkdədir.

Qeyd edək ki, bu barədə hər gün sosial şəbəkələrdə geniş miqyaslı ictimai rəylərlə rastlaşmaq mümükündür. Həmçinin ölkə Prezidentinə olunan hər bir müraciətin sonunda da eyni təkliflər irəli sürülür.  Azərbaycan ictimaiyyəti  yaxşı başa düşür ki, gələcəyə yalnız İlhamla irəliləməklə müasir Azərbaycanın uğurlu inkişafına nail olmaq mümkündür.  Bəhs etdiyimiz dırnaqarası qəhrəmanların da narahatçılığı elə bu səbəbdəndir.  Çünki danışmağa,  ictimaiyyəti çaşdırmağa artıq mövzu yoxdur.

Ötən gün Ölkə Prezidentinin çıxışı zamanı xaricdə oturub Blogerliklə məşğul olan Politologlara  “dilinizi qarnınıza qoyun” ifadəsini işlətməsi də səbəbsiz deyildi.  Bu mövzuya təkrar olaraq toxunmaq istəmirik. Çünki Prezident İlham Əliyev nə lazım idisə onu da dedi. Yəni ölkə Prezidenti nəyin nə zaman necə edəcəyiniz yaxşı bilir və yürütdüyü siyasət xalqın iradəsinə tam uyğundur.

Bu qısa yazı ilə fikrimi aşılamaqda məqsədim odur ki, hər bir azərbaycanlı Əsrin Qəhrəmanı , Xalqın sevimlisi, Qalib Sərkərdə cənab İlham Əliyevin ətrafında sıx birləşməli, gələcək müasir Azərbaycanın  daha da inkişaf etdirilməsinə dəstək olmalıdır. Bu bizim Vətən qarşısında Ümumxalq borcumuzdur.

Bu günə qədər realizə etdiyim ölkə gündəmi mənə deməyə əsas verir ki, Azərbaycan Xalqı öz Prezidentinin ətrafında sız birləşməkdədir. Xalq Prezidenti ilə, Prezident Xalqı ilədir. Bir gün həmin dırnaqarası qəhrəmanların da etdikləri əməllərdən peşiman olub Prezidentin ətrafında birləşəcəklərinə adım kimi əminəm. Necə kii, Ali baş Komandanın yürütdüyü düzgün hərbi siyasəti nəticəsində Qəhrəman Azərbaycan Ordusunun hər gün irəliləyərək bizə qələbə sevincini yaşatdığı zamanlarda, müxalifətdən tutmuş həmin dırnaqarası qəhrəmanlara qədər niyyətləri saf olmasa da hər biri Cənab Prezident deyərək Ali baş Komandana dəstək verirdilər.  

Azərbaycan yaşayacaq, inkişaf edəcək, İlham Heydər oğlu Əliyevlə irəliləyərək dünyanın ən inkişaf etmiş ölkələrinin məcburən barışacağı Müasir Azərbaycan qurulacaq!

Biz İlhamla İrəli deyirik !

Rəhman Cəbiyev / ÜmidTv Azərbaycan

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    49 Gün, 2 Saat öncə
BIST
1471-1,14
ALTIN
414,451-0,99
EURO
8,96801,06
DOLAR
7,41602,19
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı