İQTİSADİYYAT

Hamısı

Deputat “Atabank”ı cinayətkar adlandırdı

(4 Ay, 19 Gün önce) 241 İzlənmə
“Mərkəzi Bank dörd banka - “Atabank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “Amrah Bank” ASC-yə müvəqqəti inzibatçılar təyin edib”.

ÜMİDTV.com:   Bunu Milli Məclisin iclasında deputat Vahid Əhmədov deyib. 

O xatırladıb ki, Mərkəzi Bankın qərarı ilə “Atabank” və “Amrah Bank”ın lisenziyaları ləğv edilib. 

V.Əhmədov bu qərarlara görə, Mərkəzi Bankı tənqid edib.

“Biz başqa addımlar gözləyirdik, Mərkəzi Bank bunun əksini etdi. Bağlanan banklarda 850 milyon manat əmanət var. Bu vəsaitlərin taleyi necə olacaq? Olmazdı ki, Mərkəzi Bank həmin bankların rəhbərliyi ilə danışıqlar aparıb zəruri tədbirlər görəydi? Niyə Mərkəzi Bank bankların konsolidasiyasına getmədi?”, - deyə V.Əhmədov əlavə edib. 

Deputat bununla belə bildirib ki, “Atabank” cinayətkar bank idi: “Atabank” vəsaitləri xaricə köçürməklə məşğul idi. Bununla bağlı aidiyyəti qurumlar araşdırmalar aparacaq”. 


BIST
1198-1,16
ALTIN
487,5770,35
EURO
9,35771,24
DOLAR
7,91681,70
Arxiv
Anketlər
Aydın Büyükşehir Belediyesinin Çalışmalarından Memnun musunuz?
Bu anketə toplam 3 şəxs qatıldı