QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/1973_ilham-liyev-rober-osseynin-ail-sin-bassagligi-veri

RƏSMİ

Hamısı

İlham Əliyev Rober Osseynin ailəsinə başsağlığı verib

(23 Gün, 1 Saat öncə) 385 İzlenme 0 Yorum
İlham Əliyev Rober Osseynin ailəsinə başsağlığı verib

UTVXƏBƏR :          Prezident İlham Əliyev Rober Osseynin ailəsinə başsağlığı verib.

Başsağlığında deyilir:

“Dünya teatr və kino sənətinin görkəmli nümayəndəsi, aktyor, ssenarist, rejissor Rober Osseynin vəfatı ilə əlaqədar Mehriban xanımla birlikdə dərin hüznlə başsağlığımızı veririk.

Rober Osseynin dolğun səhnə və ekran fəaliyyəti əsnasında canlandırdığı rəngarəng obrazlar, bənzərsiz ifalar, quruluşçusu olduğu çoxsaylı tamaşalar kino və teatr sənətinin parlaq nümunələridir.

Rober Osseyn Azərbaycanın əsl dostu idi. Azərbaycanlı soy-kökləri ilə fəxr edən Rober Osseyn ölkəmizin hüdudlarından kənarda yaşasa da, qəlbən ata yurduna bağlı idi. Məhz bu səbəbdən o, dəfələrlə ölkəmizə səfər etmişdir.

Ona Azərbaycanda hər zaman böyük hörmət və rəğbət bəslənilmişdir. Onunla görüşlərimizi və söhbətlərimizi həmişə ən xoş təəssüratlarla xatırlayıram.

Unudulmaz sənətkar və səmimi insan Rober Osseynin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır”.

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    16 Gün, 21 Saat öncə
BIST
15540,78
ALTIN
439,042-0,76
EURO
8,9700-0,45
DOLAR
7,3660-0,44
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı