QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/1958_v-t-n-muharib-si-qazisi-lacina-daxil-olan-ilk-d-st

CƏMİYYƏT

Hamısı

Vətən Müharibəsi qazisi: “Laçına daxil olan ilk dəstələrdən biri biz idik” - FOTO

(22 Gün, 2 Saat öncə) 323 İzlenme 0 Yorum
Vətən Müharibəsi qazisi: “Laçına daxil olan ilk dəstələrdən biri biz idik” - FOTO

UTVXƏBƏR :         İkinci Qarabağ Müharibəsinin iştirakçılarından biri də qazi Abbaszadə Hümmət Qalib oğludur.

26 yaşlı Hümmət Abbaszadə sentyabrın 29-da qismən hərbi səfərbərliklə çağırılan əsgərlərdən olub. Zərdab rayonunda dünyaya gələn H.Abbaszadə Bakıda, Sabunçu rayonunda yaşayır.

Qazimiz  döyüşlərə Füzuli istiqamətindən başladığını deyib:

“İlk olaraq Füzuli rayonu istiqamətində gedən döyüşlərdə iştirak etdim. Döyüş tapşırıqlarını uğurla başa vurduqdan sonra müvafiq əmrə əsasən bizi Cəbrayıl istiqamətinə göndərdilər. Orda gedən qızğın döyüşlərdə iştirak etdim.

Növbəti istiqamətimiz isə Qubadlı rayonu oldu. Döyüş yoldaşlarımızla düşmənin canlı qüvvəsini məhv edərək onları geri çəkilməyə məcbur etdik. Laçına daxil olan ilk dəstələrdən biri biz olduq. Laçının Səfiyan, Güləbird kəndlərində gedən qızğın döyüşlərdə düşmən hərbçilərini məhv edərək torpaqlarımızdan çıxmağa məcbur etdik.Arpagədik kəndi istiqamətində döyüşlər davam edirdi. Həmin vaxt dağdan enən zaman düşmən əsgərləri ilə üzbəüz gəldik. Snayper atəşi ilə çiynimdən yaralandım. Ümumilikdə 3 güllə yarası aldım. Əsgər yoldaşlarım məni döyüş meydanından təhlükəsiz əraziyə apardılar. Oradan da hospitala göndərildim”.Qazimizin müalicəsi davam etdirilir.

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    14 Gün, 5 Saat öncə
BIST
1542-0,64
ALTIN
442,399-0,07
EURO
9,01050,76
DOLAR
7,39850,43
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı