QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/1926_-muflisl-sm-v-iflas-haqqinda-qanuna-d-yisiklik-quv

RƏSMİ

Hamısı

“Müflisləşmə və iflas haqqında” qanuna dəyişiklik qüvvəyə mindi

(24 Gün, 0 Saat öncə) 509 İzlenme 0 Yorum
“Müflisləşmə və iflas haqqında” qanuna dəyişiklik qüvvəyə mindi

UTVXƏBƏR :          “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.

“Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununun 24-1-ci maddəsinin ikinci cümləsi üçüncü cümlə hesab edilir və bura ikinci cümlə əlavə edilir .

Belə ki, 24-1. maddə borclunun aktivlərinin satılmasına həsr edilib. Burada qeyd edilib ki, dəyəri borclunun aktivlərinin beş faiz və daha çox hissəsini təşkil edən aktivlərin satılması əmlak inzibatçısı tərəfindən hazırlanan və bu Qanunun 48-ci maddəsinin beşinci hissəsində müəyyən edilmiş qaydada kreditorların yığıncağında təsdiq edilən satış planına uyğun olaraq açıq hərrac yolu ilə və ya bu Qanunun 26-cı maddəsində müəyyən edilmiş hallar olduqda digər üsullarla həyata keçirilir. Dəyəri borclunun aktivlərinin beş faizindən az hissəsini təşkil edən aktivlərin satılması əmlak inzibatçısı tərəfindən bu Qanunun tələbləri nəzərə alınmaqla kreditorlar yığıncağının razılığı olmadan həyata keçirilə və ya satış planına daxil edilməsi təklif edilə bilər. Dəyişikliyə əsasən isə, dəyəri borclunun aktivlərinin beş faiz və daha çox hissəsini təşkil edən aktivlərin satış planına daxil edilmədən satılmasına yol verilmir.

Həmçinin, 41-1-ci maddənin 5-ci hissənin beşinci cümləsi çıxarılır, 6-cı hissəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilir:

“Hər bir təminatlı kreditorlar qrupu daxilində səsvermədə yalnız sağlamlaşdırma planının qəbulu nəticəsində hüquqlarına təsir göstərən təminatlı kreditorlar iştirak edir”.

41-2-ci maddəyə aşağıdakı məzmunda beşinci hissə əlavə edilsin:

“5. Sağlamlaşdırma planında eyni kreditorlar qrupu daxilində bütün kreditorların hüquqları növbəlilik qaydasında bərabər təmin edilir”.

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    16 Gün, 20 Saat öncə
BIST
15500,52
ALTIN
439,067-0,75
EURO
8,9730-0,42
DOLAR
7,3663-0,44
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı