UTVXƏBƏR : Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) türkiyəli professorlar Uğur Şahin və Özlem Türeci cütlüyü tərəfindən idarə olunan “BioNTech” şirkəti və ABŞ-ın dərman nəhəngi “Pfizer” tərəfindən istehsal olunan koronavirus peyvəndinin təcili istifadəsini təsdiqləyib.
Qeyd edək ki, dekabrın sonunda “Pfizer” və “BioNTech” peyvəndlərinin Avropa İttifaqına (Aİ) göndərilməsi üçün icazə əldə edilib.