QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/1909_c-bh-boyu-razil-rd-yuzl-rl-mina-v-partlamamis-h-rb

GÜNDƏM

Hamısı

Cəbhəboyu ərazilərdə yüzlərlə mina və partlamamış hərbi sursat tapıldı - FOTO

(24 Gün, 2 Saat öncə) 363 İzlenme 0 Yorum
Cəbhəboyu ərazilərdə yüzlərlə mina və partlamamış hərbi sursat tapıldı - FOTO

UTVXƏBƏR :        21-31 dekabr tarixlərində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Goranboy, Qazax, Qubadlı, Tərtər rayonları və Mingəçevir şəhəri ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən 44, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən altı və Dövlət Sərhəd Xidmətindən bir müraciət daxil olub.

ANAMA-dan verilən məlumata görə, daxil olmuş 51 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 43 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 243 ədəd partlamamış hərbi sursat (PHS), 18 ədəd bombacıq, 35 ədəd piyada əleyhinə mina, 86 ədəd tank əleyhinə mina, 37 ədəd tank əleyhinə minanın partladıcısı, 275 kq plastik partlayıcı maddə, 150 kq amonium-nitrat tərkibli partlayıcı maddə və 38 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 314 ədəd mina və partlamamış hərbi sursat (PHS) zərərsizləşdirilib, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 641 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    16 Gün, 19 Saat öncə
BIST
15420,00
ALTIN
441,112-0,29
EURO
9,01520,05
DOLAR
7,40190,05
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı