QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/1904_n-rimanov-rih-i-muharib-d-n-q-l-b-il-qayidan-m-kda

CƏMİYYƏT

Hamısı

Nərimanov RİH-i müharibədən qələbə ilə qayıdan əməkdaşını belə qarşıladı - FOTO

(1 Ay, 19 Gün öncə) 340 İzlenme 0 Yorum
Nərimanov RİH-i müharibədən qələbə ilə qayıdan əməkdaşını belə qarşıladı - FOTO

UTVXƏBƏR :        Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşü qalibiyyətlə başa çatdı.

44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu mənfur düşməni darmadağın edərək uzun illər işğal altında qalan torpaqlarımızı azad etdi, cənab Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi.

Şəhid ailələrinin, qazilərin və hərbi xidmətdən tərxis olunanların və onlara bərabər tutulan şəxslərin sosial məsələlərinin həlli daim diqqət mərkəzindədir. Dövlətimiz hər bir Azərbaycan vətəndaşının sosial məsələlərinin həllinə xüsusi diqqətlə yanaşır, bu baxımdan çox mühüm layihələr həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və Heydər Əliyev Fondunun dəstəyi ilə bu istiqamətdə icra olunan işlərin nəticəsini sosial cəhətdən xüsusi qayğıya ehtiyacı olanlar da öz həyatlarında hiss edirlər.

Könüllü olaraq cəbhəyə gedən vətənpərvər gənclərdən biri də Nərimanov Rayon İcra Hakimiyyətinin əməkdaşı Tahir İbrahimovdur.

Vətən uğrunda gedən müharibədə onun zəfər yolu işğal olunmuş bir neçə rayonun azadlığı uğrunda gedən döyüşlərdən keçib. Qələbə ilə geri dönən Tahiri iş yerində Rayon İcra hakimiyyətinin başçısı Abdin Fərzəliyev başda olmaqla İcra Hakimiyyətinin kollektivi böyük fəxrlə qarşılayıb.

Qarşılanma zamanı çıxış edən Abdin Fərzəliyev xalqımızın Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun çoxsaylı qəhrəman əsgər və zabitləri ilə qürur duyduğunu söyləyərək bu gün qələbə sevincini bizə yaşadan şəhidlərimizə Uca Allahdan rəhmət, ailələrinə səbr, yaralılara şəfa diləyib.

 

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    10 Gün, 15 Saat öncə
BIST
15572,17
ALTIN
441,762-0,01
EURO
9,02820,24
DOLAR
7,47400,39
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı