QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/1895_-socar-trading-belarusa-neft-t-daruku-ucun-uzunmud

RƏSMİ

Hamısı

“SOCAR Trading” Belarusa neft tədarükü üçün uzunmüddətli müqavilə imzalayıb

(1 Ay, 18 Gün öncə) 319 İzlenme 0 Yorum
“SOCAR Trading” Belarusa neft tədarükü üçün uzunmüddətli müqavilə imzalayıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi “SOCAR Trading” şirkəti Belarus Neft Şirkəti (BNK) ilə Azərbaycan neftinin, eləcə də potensial olaraq digər neft növlərinin Belarus neft emalı zavodlarına tədarükü üçün uzunmüddətli müqavilə imzalayıb.

UTVXƏBƏR    - in məlumatına görə , müqavilə gələcəkdə daha uzun müddətə uzadılması imkanı ilə bir illik imzalanıb.

2020-ci ildə “SOCAR Trading” artıq Belarusa bir milyon ton “Azeri Light” və digər növ neft tədarük edib. Məlumatlara görə, 2021-ci ildə Belarus neft emalı zavodlarına neft tədarükünün həcmi eyni və ya daha çox ola bilər.

Qeyd edək ki, “SOCAR Trading” dünyanın 100-dən çox neftayırma zavoduna neft tədarük edir və bütün əsas beynəlxalq bazarlarda mövcuddur. Bu gün “SOCAR Trading” ən böyük ticarət şirkətlərindən biridir və satdığı neftin böyük hissəsi Azərbaycanda hasil edilməyən neftdir.

Hazırda Belarus əsas və ənənəvi tədarükçü olan Rusiya ilə neft qiymətləri ilə bağlı vaxtaşırı mübahisələrin yaranması fonunda iki neftayırma zavodu üçün xammal alışını diversifikasiya edir. Rusiya neftini “Drujba” magistral neft kəməri və dəmir yolu vasitəsilə almağa davam edən Belarus, xammalın bu neftayırma zavodlarına daşınması üçün alternativ tədarük marşrutları ilə də işləyir. Neft dəniz yolu ilə Klaypeda və Odessa limanları vasitəsilə tədarük edilir. Odessa limanından neftin tədarükü Odessa-Brodı magistral neft kəmərindən və daha sonra “Drujba” boru kəmərinin xətlərindən biri olan Mozır neft emalı zavoduna, Klaypeda limanından isə neft dəmir yolu xətti ilə Naftandan Novopolotska çatdırılır.

 

 

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    9 Gün, 19 Saat öncə
BIST
15240,00
ALTIN
441,3720,66
EURO
9,0032-0,04
DOLAR
7,45580,15
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı