UTVXƏBƏR : Cənubi Amerika ölkəsi olan Venesuelanın ikinci ən yüksək zirvəsi Humboldtda son buz kütləsi qlobal istiləşmə səbəbindən sürətlə əriyir.
Venesuela tədqiqatçıları ölkənin şimal-qərbindəki Sierra Nevada de Merida dağında yerləşən Humboldt zirvəsindəki son buzlaqın ərimək üzrə olduğunu bildiriblər.
Tədqiqatçıların 2019-cu ilin mayından 2020-ci ilin oktyabrınadək iqlim dəyişikliyi ilə bağlı qeydlərinə görə, Humboldt zirvəsində son buz kütləsinin tamamilə əriməsi üçün az vaxt qalıb.
Alimlərin fikrincə, buzlağın başlanğıc ölçüsü 300 futbol sahəsinin genişliyindədir.
20-ci əsr boyunca iqlim dəyişkənliyi buzlaqların qlobal səviyyədə sürətlə azalmasına səbəb olub, Tropik And dağları bu dəyişikliklərdən ən çox təsirlənən yerlər arasındadır.