QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/1875_dost-agentliyinin-m-kdaslari-s-hid-ail-si-il-gorus

CƏMİYYƏT

Hamısı

DOST Agentliyinin əməkdaşları şəhid ailəsi ilə görüşüb, təqaüd kartını təqdim ediblər - FOTO

(1 Ay, 28 Gün öncə) 345 İzlenme 0 Yorum
DOST Agentliyinin əməkdaşları şəhid ailəsi ilə görüşüb, təqaüd kartını təqdim ediblər - FOTO

UTVXƏBƏR :         DOST Agentliyinin əməkdaşları şəhid Emil Əhmədovun ailəsini ziyarət edib.

Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov şəhidin ailə üzvlərinə başsağlığı verib, Vətən uğrunda canından keçən qəhrəmanların xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayıb.  O, şəhid ailələrinin dövlət başçısının diqqət və qayğısı ilə əhatə olunduğunu bildirib.

Şəhidin həyat yoldaşı Vüsalə Əhmədovaya şəhid ailəsi üçün Prezidentin aylıq təqaüdünün kartı təqdim edilib. Ona, həmçinin şəhidin 15 və 13 yaşlarında iki övladına ailə başçısını itirməyə görə pensiya və ya müavinət təmin edilməsinin də nəzərdə tutulduğu bildirilib.  V.Əhmədova işsiz olduğu üçün məşğulluğunun təmin edilməsinə də dəstək göstəriləcək.

Ümumilikdə ailənin sosial vəziyyəti 1 saylı Bakı DOST Mərkəzi tərəfindən diqqətdə saxlanacaq, digər sosial dəstək tədbirləri ilə əhatə olunmaları üçün də işlər aparılacaq.

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    18 Gün, 11 Saat öncə
BIST
1536-0,26
ALTIN
437,3610,05
EURO
8,9384-0,59
DOLAR
7,3521-0,77
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı