QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/1866_gund-lik-n-qliyyat-axininda-v-s-rnisin-s-f-r-sayin

GÜNDƏM

Hamısı

Gündəlik nəqliyyat axınında və sərnişin səfər sayında intensivlik artıb

(1 Ay, 27 Gün öncə) 290 İzlenme 0 Yorum
Gündəlik nəqliyyat axınında və sərnişin səfər sayında intensivlik artıb

UTVXƏBƏR :         Sərt karantin rejiminin tətbiq edilməsinə və sms icazə sisteminin mövcudluğuna rəğmən son vaxtlar gündəlik sərnişin səfər sayında və nəqliyyat axınında artım müşahidə olunur. 

Bakı Nəqliyyat Agentliyindən verilən məlumüta görə, Nəqliyyatı İntellektual İdarəetmə Sistemi tərəfindən 42 küçə və prospektdə aparılan təhlillərə əsasən 14-18 dekabr aralığında gündəlik nəqliyyat axınında müşahidə olunan azalma tendensiyası dekabrın 21-dən sonra artıma doğru dəyişib. Gündəlik nəqliyyat axınında qeydə alınan artım təxminən 18%-dir: "Son iki günün statistikası artım dinamikasının davam etdiyini göstərir. Belə ki, 29 dekabr tarixində 42 küçə və prospektdə sms icazə sistemindən əvvəl yeddi dekabr tarixində olduğu kimi təxminən bir milyondan artıq nəqliyyat vasitəsi qeydə alınıb. 

Artım özünü gündəlik sərnişin səfər sayında da göstərməkdədir. SMS icazə sisteminin tətbiq olunduğu ilk həftə ilə müqayisədə gündəlik sərnişin səfər sayı təxminən 1 200 000-ə qədər idisə, hazırda bu göstərici 1 500 000-dən çoxdur".

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    17 Gün, 10 Saat öncə
BIST
1540-0,13
ALTIN
441,976-0,10
EURO
8,9910-0,22
DOLAR
7,40910,14
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı