QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/1857_bayram-gunl-rind-hava-nec-olacaq-aciqlama

GÜNDƏM

Hamısı

Bayram günlərində hava necə olacaq? - AÇIQLAMA

(1 Ay, 26 Gün öncə) 244 İzlenme 0 Yorum
Bayram günlərində hava necə olacaq? - AÇIQLAMA

UTVXƏBƏR :       Azərbaycanda bayram günlərində havanın necə keçəcəyi açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva dekabrın 31-də və yanvarın 1-nə keçən gecə ölkə ərazisində hava şəaitinin mülayim keçməsi gözlənir:

“Dekabrın 31-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacaq.

Arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Mülayim cənub-qərb küləyi saniyədə 7-15 metr sürətlə əsəcək. Havanın temperaturu gündüz 8-10 dərəcə isti olacaq. Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə temperatur 4-6 dərəcə isti olacaq”.

U.Tağıyeva qeyd edib k, bayram günlərində güclü külək gözlənilmir:

“Bəzi yerlərdə arabir duman olacaq, mülayim qərb küləyi əsəcək. Yanvarın 3-də və yanvarın 4-nə keçən gecə çiskin olacaq. Bu günlər ərzində havanın temperaturu gündüz saatlarında 7-9 dərəcə, gecə isə 2-5 dərəcə arasında dəyişəcək. Yanvarın 4-də Quba və Xaçmaz bölgəsində çiskinli az yağıntı olma ehtimalı var. Aran rayonlarında gecə havanın temperaturunun 3 dərəcə, gündüz isə 7-10 dərəcə olması gözlənilir”. 

“Dağlıq ərazilərdə və Naxçıvan Muxtar Respublikasında gecə saatlarında 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti olacaq. Qarağabda - Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın və Ağdamda yaxın 3-4 gün ərzində hava yağmursuz və xoş keçəcək. Havanın temperaturu gecə 5 dərəcə şaxtadan 2 dərəcəyə, gündüz isə 6 dərəcəyə kimi isti olacağı gözlənilir”, - deyə o qeyd edib.

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    16 Gün, 8 Saat öncə
BIST
1540-0,13
ALTIN
441,175-0,28
EURO
8,9910-0,22
DOLAR
7,40910,14
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı