QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/1850_paytaxtin-kommunal-xidm-tl-ri-ucun-yeni-texnikalar

GÜNDƏM

Hamısı

Paytaxtın kommunal xidmətləri üçün yeni texnikalar alınıb - FOTO

(1 Ay, 20 Gün öncə) 456 İzlenme 0 Yorum
Paytaxtın kommunal xidmətləri üçün yeni texnikalar alınıb - FOTO

UTVXƏBƏR :        Ölkə başçısı İlham Əliyevin şəhər təsərrüfatı və kommunal xidmətlərin işinin daha da təkmilləşdirilməsi, bu istiqamətdə həyata keçirilən işlərin yeni səviyyəyə çatdırılması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti qarşısında qoyduğu tapşırıqlar uğurla  icra edilir. Bu işlər çərçivəsində paytaxt sakinlərinə göstərilən xidmətlərin səviyyəsinin daha da artırılması məqsədi ilə Prezidentin ayırdığı maliyyə vəsaiti hesabına ötən il Bakı şəhər kommunal təsərrüfatı xidmətləri üçün müasir tələblərə tam cavab verən Almaniya istehsalı olan kommunal təyinatlı yeni avtonəqliyyat vasitələri və mexanizmlər alınıb və bu il də bu işlər davam etdirilir. 

Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən verilən məlumata görə, ölkəmizin müharibə şəraitində olmasına və koronavirus pandemiyası ilə mübarizə tədbirlərinin genişləndirilməsinə baxmayaraq, ümumilikdə bu il alınması nəzərdə tutulan xüsusi təyinatlı avto nəqliyyat vasitələrinin 16-sı noyabr ayında Bakıya gətirilib və onların istismarına başlanılıb. Bu gün isə daha 10 ədəd kommunal təyinatlı avto texnika Bakıya gətirilib. 

Yeni texnikaların tətbiqi kommunal xidmətlərin mövcud avtoparkının yeniləşməsinə və əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsinin daha da yüksəldilməsinə səbəb olacaq. Texnika sayının artırılması şəhərin müxtəlif rayonlarında məişət tulantılarının vaxtında daşınması və şəhərin ekoloji durumunun yaxşılaşdırılmasına müsbət təsir göstərəcək.

Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Avtonəqliyyat qarajında təşkil olunmuş təqdimat mərasimində yeni gətirilmiş xüsusi təyinatlı avtonəqliyyat vasitələri və mexanizmlər, onların texniki göstəriciləri barədə ətraflı məlumat verilib.

Bildirilib ki, müxtəlif həcmli və təyinatlı bu texnikalar həm də Bakı şəhərində Böyük Britaniyanın Mott MacDonald şirkətinin iştirakı ilə həyata keçirilən bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsinin paytaxtın digər rayonlarında da tətbiq edilməsi işlərində böyük kömək olacaq. Yeni, müasir texnikaların tətbiqi şəhərimizin sanitar təmizliyinin yüksəlməsinə, ətraf mühitin və sağlamlığımızın qorunmasına, yeni ekoloji, sanitar mədəniyyətin formalaşmasına böyük təsir göstərərək Bakı şəhərinin dünyanın ən gözəl şəhərlərindən biri olmasına yardımçı olacaq.

 

 

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    10 Gün, 14 Saat öncə
BIST
15572,17
ALTIN
442,9040,25
EURO
9,02820,24
DOLAR
7,47400,39
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı