QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/1837_az-rbaycanda-iqtisadi-geril-m-beyn-lxalq-muqayis-d

RƏSMİ

Hamısı

Azərbaycanda iqtisadi geriləmə beynəlxalq müqayisədə az olub - ŞƏRH

(1 Ay, 27 Gün öncə) 189 İzlenme 0 Yorum
Azərbaycanda iqtisadi geriləmə beynəlxalq müqayisədə az olub - ŞƏRH

UTVXƏBƏR :        “Azərbaycan iqtisadiyyatı 2020-ci ildə qarşılaşdığı çağırışlara, COVID-19 pandemiyası, aşağı neft qiymətləri, quraqlıq və Ermənistanın hərbi təxribatlarından doğan nəticələrə adekvat cavab verə bildi”.

Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı 2020-ci ilin iqtisadi-sosial yekunlarından danışarkən deyib.

O bildirib ki, Azərbaycanın iqtisadi imkanları Ali Baş Komandanın rəhbərliyilə müzəffər ordumuzun zəfər yürüşünə hazır olub:

“2020-ci ildə Azərbaycan iqtisadiyyatının təxminən dörd faiz geriləməsi proqnozlaşdırıldığı halda, Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, dünya iqtisadiyyatında geriləmə 4,4 faiz, inkişaf etmiş ölkələrdə 5,8 faiz və inkişaf etməkdə olan ölkələrdə 3,3 faiz, Çini nəzərə almasaq daha yüksək səviyyədə olacaq. Eyni zamanda Azərbaycanın ticarәt tәrәfdaşı olan ölkәlәrdə iqtisadi geriləmə - Rusiyada 4,1 faiz, Türkiyə və İranda isə beş faiz proqnozlaşdırılır. Göründüyü kimi Azərbaycanda iqtisadi geriləmə 2020-ci ildə beynəlxalq müqayisədə daha yumşaq olub”.

Onun sözlərinə görə, bu il Azərbaycanda məcmu dövlət borcunun ÜDM-ə nisbəti dünya üzrə göstəricidən təxminən dörd dəfə azdır:

“AYİB-in sorğularına əsasən orta gəlirli ölkələrin 30 faizi, aşağı gəlirli ölkələrin isə 50 faizində borc böhranı proqnozlaşdırılır. Azərbaycan qarşılaşdığı xarici şoklarla mübarizədə xarici deyil, öz resurslarına əsaslanmaqla borc dayanıqlılığını qoruya bilib. 2020-ci ildə dövlət büdcəsinin azalan gəlirləri və artan xərclərini tarazlaşdırılması üçün “fiskal fəza”dan istifadə etməklə büdcə dürüstləşdirilməsi çərçivəsində 2,3 milyard manatlıq əlavə maliyyə təminatı yaradılıb. Büdcə qaydasının tətbiqini müvəqqəti dayandırmaqla 2020-ci ildə yumşaq kontrsiklik büdcə siyasətinin həyata keçirilməsi böhranla mübarizədə effektiv olub. 2020-ci ildə pul təklifinin artması və uçot dərəcəsinin azaldılması fonunda monetar siyasətin yumşaldılması fiskal genişlənmə siyasəti ilə əlaqələndirilib. Beləliklə, fiskal və monetar siyasətin əsas hədəfi makroiqtisadi sabitlik və iqtisadi aktivlik arasında balansın qorunması olub. Pandemiya əleyhinə mobilizasiya olunan 3,5 milyard manatlıq vəsait hesabına iqtisadi geriləmə yumşaldılıb, makroiqtisadi sabitlik qorunub, məşğulluğa dəstək verilib, sahibkarlara kömək olunub, sosial layihələr genişləndirilib, bank kreditləri restruktrizasiya edilib, zəmanət və subsidiyalar verilib”.

Vüsal Qasımlı bildirib ki, 2020-ci ildə ölkənin strateji valyuta ehtiyatları demək olar ki, sabit qalıb:

“Azərbaycanda bu il cari əməliyyatlar hesabının balansı da tarazlığa yaxın olacaq. İnkişaf etmiş ölkələrdə isə cari əməliyyatlar hesabının kəsirlə qeydə alınması gözlənilir. Azərbaycan bu il həm də milli valyutasını sabit saxlamağı bacaran azsaylı ölkələrin sırasındadır. Manatın məzənnəsinin tənzimlənməsində Mərkəzi Bankda Dövlət Neft Fondunun həyata keçirdiyi valyuta hərraclarının həlledici rolu olub. Makroiqtisadi təhlil göstərir ki, Azərbaycan iqtisadiyyatının böhranlara qarşı immuniteti yüksəlib və neftin qiymətinin 40-45 dollarlıq intervalında cari əməliyyatlar hesabının tarazlığı qorunur”.

İcraçı direktor bildirib ki, pandemiya şəraitində turizm, ictimai iaşə, tikinti kimi sektorların, həmçinin neft hasilatının geriləməsinə baxmayaraq qeyri-neft sənayesi, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, aqrar sahə, informasiya və rabitə sahəsində artım baş verib:

“2020-ci ildə Azərbaycanda qeyri-neft sənayesinin 10 faizdən çox artımı, dünya sənayesində 10 faizlik geriləmənin fonunda baş verməsi təqdirəlayiq haldır. Ümumilikdə, pandemiya dövründə hökumətin qəbul etdiyi iqtisadi dəstək tədbirləri, eləcə də son illər ərzində biznes mühitinin əlverişliliyinin artırılması sahəsində aparılan islahatlar iqtisadiyyatın geriləyən bəzi sektorlarında 2021-ci ildə bərpa prosesinə töhfə olacaq. Həmçinin 2020-ci ildə Qarabağın işğaldan azad olunan ərazilərində bərpa və yenidənqurma fəaliyyətinə başlanılıb. 2021-ci ildə isə işğaldan azad olunan iqtisadi fəaliyyətin bərpası və əhalinin həmin ərazilərə qayıdışı istiqamətində böyük işlər görüləcək. 2020-ci ildə əsas kapitala investisiyalarda daxili mənbələr hesabına azalma, xarici mənbələr hesabına artım müşahidə edilib. Azərbaycan iqtisadiyyatının qarşıdakı 10 ildə iki dəfə artımı hədəfinə uyğun olaraq sərmayə qoyuluşunun böyüməsi əsas çağırış olaraq qalır”.

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    17 Gün, 7 Saat öncə
BIST
1536-0,26
ALTIN
437,406-1,06
EURO
8,9384-0,59
DOLAR
7,3521-0,77
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı