QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/1823_cavusogludan-qarabagla-bagli-aciqlama

RƏSMİ

Hamısı

Çavuşoğludan Qarabağla bağlı AÇIQLAMA

(1 Ay, 19 Gün öncə) 582 İzlenme 0 Yorum
Çavuşoğludan Qarabağla bağlı AÇIQLAMA

UTVXƏBƏR :       Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu 2020-ci ildə ölkəsinin xarici siyasəti barədə jurnalistlərə açıqlama verib.

O, Qarabağ məsələsinə də toxunaraq, 2020-ci ilin ən önəmli məsələlərindən birinin Dağlıq Qarabağ olduğunu deyib:

“Tarixi bir irəliləmə oldu. 30 illik danışıqlar bir nəticə vermədiyi üçün can Azərbaycan döyüş meydanında haqqını geri aldı. Biz də Türk dövləti və türk milləti olaraq sadəcə qardaşımız olduqları üçün yox, həm də haqlı olduqları üçün onları dəstəklədik.

Azad olunan ərazilərin yenidən inşa edilməsi, Naxçıvan dəhlizinin açılması, təxminən 30 ildir elindən-obasından ayrı qalan köçkün qardaşlarımızın geri qayıtması, yenə beynəlxalq səviyyədə danışıqların izlənməsi də daxil olmaqla bu müddətdə Azərbaycana dəstəyimiz davam edəcək”.

O bildirib ki, Rusiya ilə Ortaq Nəzarət Mərkəzi fəaliyyətə başlayır: 

“Əsgərlərimiz Azərbaycana gediblər. Dünən Soçidə Lavrovla da bu barədə danışdıq. Bu müddət normal gedərsə, Ermənistan atəşkəsə riayət edərsə, təkcə Azərbaycanın deyil, qonşularının da torpaqlarının bütövlüyünə hörmət edərsə, münasibətlər düzələr. Cənab İlham Əliyevin bu mövzudakı açıqlamalarını yəqin xatırlayırsınız. Cənab Rəcəb Tayyib Ərdoğanın da bu barədə açıqlamalarını eşitmisiniz”.

Çavuşoğlu qeyd edib ki, bu normallaşmadan ən çox Ermənistan və erməni xalqı yararlanacaq. Buna görə də, qarşıdakı müddətdə də Ermənistanın bu düşüncəylə hərəkət edəcəyini gözləyirik.

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    9 Gün, 20 Saat öncə
BIST
1516-0,52
ALTIN
444,2411,31
EURO
9,08860,91
DOLAR
7,52551,08
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı