QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/1806_socar-yasat-fonduna-ian-edib

GÜNDƏM

Hamısı

SOCAR “YAŞAT” Fonduna ianə edib

(1 Ay, 28 Gün öncə) 159 İzlenme 0 Yorum
SOCAR “YAŞAT” Fonduna ianə edib

UTVXƏBƏR :        SOCAR-ın Baş ofisinin işçiləri əmək haqlarının 10 faizini “YAŞAT” Fonduna köçürür.

Bu barədə Dövlət Neft Şirkəti məlumat yayıb.

Bildirilib ki, SOCAR-ın Baş ofisinin əməkdaşları Fondun fəaliyyətinə öz töhfələrini vermək qərarına gəliblər. Onların təklifləri və Baş ofisin Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsünü nəzərə alan şirkət rəhbərliyi “YAŞAT” Fonduna Baş ofis əməkdaşlarının (şəhid ailələrinin üzvləri, qazilər, hazırda döyüş bölgəsində olanlar istisna edilməklə) 2020-ci ilin dekabr ayı üzrə vəzifə maaşlarının 10 faizi həcmində maliyyə yardımı göstərilməsini məqsədəuyğun hesab edib.

Qeyd edilib ki, 2020-ci ildə COVID-19-la mübarizə çərçivəsində Koronovirusla Mübarizəyə Dəstək Fonduna SOCAR işçiləri tərəfindən bir milyon manatdan artıq vəsait köçürülüb. Həmçinin SOCAR-ın müxtəlif strukturlarının əməkdaşları koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi qaydalarına ciddi əməl olunmaqla “Evdə qal!” kampaniyası çərçivəsində paytaxtın müxtəlif rayonlarında, eləcə də ölkənin müxtəlif bölgələrində yardım kampaniyalarında iştirak edərək ahıllara, aztəminatlı ailələrə ərzaq yardımları göstərib.

Vətən müharibəsi zamanı SOCAR işçilərinin könüllü fərdi ianələri nəticəsində toplanan beş milyon manata yaxın məbləğ isə Azərbaycanın Silahlı Qüvvələrinə Yardım Fonduna köçürülüb.

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    18 Gün, 10 Saat öncə
BIST
1536-0,26
ALTIN
437,2610,03
EURO
8,9384-0,59
DOLAR
7,3521-0,77
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı