QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/1800_gurcustanda-yasayan-soydaslarimizin-t-hsil-problem

CƏMİYYƏT

Hamısı

Gürcüstanda yaşayan soydaşlarımızın təhsil problemləri - FOTO

(1 Ay, 23 Gün öncə) 422 İzlenme 0 Yorum
Gürcüstanda yaşayan soydaşlarımızın təhsil problemləri - FOTO

UTVXƏBƏR :        Gürcüstanda yaşayan soydaşlarımız artıq uzan zamandır ki, təhsil sahəsində bir sıra problemlərlə qarşı-qarşıyadırlar. 

Belə ki, Azərbaycandilli məktəblərin direktorsuz olması, eləcə də məktəblərdə dərs deyən azərbaycanlı müəllimlərin Gürcüstan təhsil sistemində aparılmış islahatlardan geri qalması öz növbəsində böyük çətinliklər yaradır. 

Digər bir problem isə Gürcüstan təhsil sisteminə əsasən müəllimlərə müxtəlif statusların verilməsidir ki, azərbaycanlı müəllimlər bu sahədə də kifayət qədər çətinliklər çəkirlər. Buna səbəb müəllimlərin dövlət dili olan gürcü dilində ümumi qabiliyyət imtahanını verməyə sövq edilməsidir. Statuslarını yüksəltmək üçün müəllimlər bütün vacib şərtləri yüksək səviyyədə yerinə yetirsələr də bu imtahanı verməkdə problemlər yaşayırlar. Valideynlər də müəllimlərin maaşlarına bir başa təsir edən bu sistemin tədrisin keyfiyyətini aşağı saldığını bildirirlər. 

Azərbaycan dili və Ədəbiyyatı fənnini tədris edən müəllimlərimiz isə ümumiyyətlə bu sistemdən kənar düşüblər. 

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    13 Gün, 5 Saat öncə
BIST
1542-0,64
ALTIN
440,862-0,41
EURO
8,99080,54
DOLAR
7,38280,22
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı