QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/1792_postlardan-kecm-y-c-hd-ed-n-6693-avtomobil-geri-qa

RƏSMİ

Hamısı

Postlardan keçməyə cəhd edən 6693 avtomobil geri qaytarıldı

(1 Ay, 26 Gün öncə) 208 İzlenme 0 Yorum
Postlardan keçməyə cəhd edən 6693 avtomobil geri qaytarıldı

UTVXƏBƏR :       Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sərt karantin rejiminin tətbiq edildiyi beş şəhərin və 12 rayonun giriş və çıxışlarında quraşdırılmış xüsusi postlarda Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir. 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, 2020-ci il dekabrın 29-da da bəzi vətəndaşlar tərəfindən sərtləşdirilmiş karantin rejimi qaydalarının və tələblərinin pozulması halları aşkarlanmışdır. 
Belə ki, nəzarət-profilaktik tədbirlər nəticəsində postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 6693 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb. Eləcə də qeyd olunan müddətdə ölkə üzrə karantin rejimi qaydalarını pozan 2396 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.   

Bununla belə müvafiq icazə almadan qanunsuz sərnişindaşıma ilə məşğul olmağa cəhd edən yeddi taksi sürücüsü aşkar edilərək inzibati qaydada həbs edilib. Eyni zamanda ev şəraitində müalicə təyin edilən 13 nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunaraq evə qaytarılıb və barələrində cinayət işi başlanılıb.

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    16 Gün, 8 Saat öncə
BIST
1540-0,13
ALTIN
441,418-0,22
EURO
8,9910-0,22
DOLAR
7,40910,14
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı