QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/1784_heyd-r-liyev-fondu-usaq-evl-ri-v-internat-m-kt-bl-

CƏMİYYƏT

Hamısı

Heydər Əliyev Fondu uşaq evləri və internat məktəblərinə Yeni il sovqatları göndərib

(1 Ay, 27 Gün öncə) 199 İzlenme 0 Yorum
Heydər Əliyev Fondu uşaq evləri və internat məktəblərinə Yeni il sovqatları göndərib

UTVXƏBƏR :       Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu hər il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Buta sarayında uşaq evləri və internat məktəblərinin sakinləri üçün şənlik təşkil edir.

Heydər Əliyev Fondundan verilən xəbərə görə, bu il COVID-19 pandemiyası ilə əlaqədar şənliyin təşkil olunması xüsusi karantin rejiminin qaydalarına uyğun olmadığından Fond bu kateqoriyadan olan uşaqları fərqli şəkildə təbrik edib.

Uşaq evləri və internat məktəblərində tərbiyə alanları sevindirmək üçün Heydər Əliyev Fondunun nümayəndələri uşaqların qaldıqları müəssisələrə gedərək, onlara bayram sovqatları çatdırıblar.

Hər zaman Heydər Əliyev Fondunun təşkil etdiyi aksiyaları səbirsizliklə gözləyən və böyük sevinclə qarşılayan uşaqlarda bu il də bayram əhval-ruhiyyəsi yaratmaq üçün Heydər Əliyev Fondu təşkil etdiyi hədiyyələri onların zövqünə və istəklərinə uyğun hazırlayıb. Uşaqlara 2021-ci ilin rəmzi olan yumşaq oyuncaqlar, onların ən çox sevdikləri şirniyyatlar və leqo konstruktorları təqdim edilib.

Heydər Əliyev Fondunun sovqatları Bakı ilə yanaşı, Gəncə, Lənkəran və Şəkidəki uşaq evləri, internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial-xidmət müəssisələrinə və Uşaq Psixonevroloji Mərkəzinə çatdırılıb.  

Fondun təşkil etdiyi bayram aksiyası iki minə yaxın uşağı əhatə edib.

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    17 Gün, 9 Saat öncə
BIST
1540-0,13
ALTIN
441,697-0,16
EURO
8,9910-0,22
DOLAR
7,40910,14
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı