UTVXƏBƏR : Beynəlxalq İdman Mətbuatı Assosiasiyası 2020-ci ilin ən yaxşı idmançılarının siyahısını açıqlayıb.
Məlumat Assosiasiyanın rəsmi “Twitter” səhifəsində dərc olunub.
Belə ki, “Bavariya” klubunun futbolçusu Robert Levandovski 2020-ci ilin ən yaxşı futbolçusu seçilib.
İkinci yerə “Formula 1” üzrə yeddiqat dünya çempionu Lüis Hemilton layiq görülüb.
İlin ən yaxşı qadın idmançısı mükafatını isə yaponiyalı tennisçi Naomi Osaka qazanıb.