QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/1764_rusiyanin-hokum-t-bascisi-prezident-ilham-liyevi-t

RƏSMİ

Hamısı

Rusiyanın hökumət başçısı Prezident İlham Əliyevi təbrik edib

(1 Ay, 21 Gün öncə) 528 İzlenme 0 Yorum
Rusiyanın hökumət başçısı Prezident İlham Əliyevi təbrik edib

Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

UTVXƏBƏR    - in məlumatına görə , təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Sizi doğum gününüz münasibətilə Rusiya Federasiyasının Hökuməti adından və şəxsən öz adımdan təbrik edirəm.

Dostluq, mehriban qonşuluq və tərəfdaşlıq prinsiplərinə əsaslanan Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə Sizin əhəmiyyətli şəxsi töhfənizi qeyd etmək istərdim. Birgə səylərlə ticari-iqtisadi, elmi-texniki və mədəni-humanitar əməkdaşlığın inkişafı, müxtəlif sahələrdə böyük perspektivli layihələrin həyata keçirilməsi üçün əlverişli şərait yaradılır.

Əminəm ki, qarşılıqlı fəaliyyətin bütün kompleksinin bundan sonra da gücləndirilməsi, yeni təşəbbüslərin təşviqi Rusiya və Azərbaycanın uzunmüddətli maraqlarına tam şəkildə cavab verir.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə yeni müvəffəqiyyətlər arzulayıram”.

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    10 Gün, 21 Saat öncə
BIST
15640,45
ALTIN
442,1100,07
EURO
9,03560,08
DOLAR
7,4575-0,22
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı