QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/1744_dagliq-qarabagda-televiziya-v-radio-yayimi-il-bagl

RƏSMİ

Hamısı

Dağlıq Qarabağda televiziya və radio yayımı ilə bağlı qərar qəbul edildi

(1 Ay, 20 Gün öncə) 560 İzlenme 0 Yorum
Dağlıq Qarabağda televiziya və radio yayımı ilə bağlı qərar qəbul edildi

UTVXƏBƏR :        Milli Televiziya və Radio Şurasının (MTRŞ) video formatda iclası keçirilib.

MTRŞ-dan bildirilib ki, iclasda işğaldan azad olunmuş ərazilərdə televiziya və radio yayım infrastrukturunun bərpası işlərindəki son durum və həmin ərazilərdə televiziya və radio yayımının təşkili məsələsi müzakirə olunub.

“Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin mütəxəssislərinin işğaldan azad olunmuş ərazilərdə teleradio yayımı infrastrukturunun bərpasının hazırkı vəziyyəti barədə Milli Televiziya və Radio Şurasının Texniki nəzarət şöbəsinə məlumatı dinlənilib.

Müzakirələrdən sonra Şuşa şəhərində və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerləşən Radio Televiziya Yayım Stansiyaları (RTYS) vasitəsilə ölkə üzrə sosial (açıq) paketdə olan televiziya kanallarının və üç ümumölkə radio kanalının (Azərbaycan Radiosu, İctimai Radio və ASAN Radio) Dağlıq Qarabağ və ətraf ərazilərdə yayımının təşkil olunması barədə qərarlar qəbul edilib.

Bildirilib ki, işğaldan azad olunmuş ərazilərdə yeni yayım tezliklərinin istifadəyə verilməsi ilə digər ümumölkə radio kanallarının da həmin ərazilərdə yayımının təşkili nəzərə alınacaq. İclasda həmçinin, “Caspian İnternational Broadcasting Company” MMC-nin regional televiziya yayımı lisenziyasının alınması üçün Milli Televiziya və Radio Şurasına müraciətinə də baxılıb.

Azərbaycan həqiqətlərini müxtəlif dillərdə dünyaya çatdıran bir kanalın işğaldan azad olunmuş ərazilərdə yayımının təşkilinin xüsusi əhəmiyyətini və təxirəsalınmazlığını nəzərə alaraq Şura “Caspian İnternational Broadcasting Company” MMC-yə (CBC Televiziya kanalı) Dağlıq Qarabağ və ətraf ərazilərdə yerüstü yayımın həyata keçirilməsi məqsədilə müddətsiz regional televiziya yayımı lisenziyasının verilməsi barədə qərar qəbul edib.

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    9 Gün, 20 Saat öncə
BIST
1522-0,13
ALTIN
443,6961,19
EURO
9,06900,70
DOLAR
7,50460,80
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı