QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/1740_72-gun-sonra-s-hidlik-x-b-ri-g-l-n-q-hr-manimiz-as

CƏMİYYƏT

Hamısı

72 gün sonra şəhidlik xəbəri gələn qəhrəmanımız Asəf Maşıyev - FOTO

(1 Ay, 29 Gün öncə) 332 İzlenme 0 Yorum
72 gün sonra şəhidlik xəbəri gələn qəhrəmanımız Asəf Maşıyev - FOTO

UTVXƏBƏR :        Vətən Müharibəsinin qəhramanlarından biri, kəşfiyyat bölüyünün komandiri olan mayor Asəf Maşıyev torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində müstəsna xidmətləri ilə seçilib. 

 A.Maşıyevin atası Volodya Maşıyevin sözlərinə görə, o, hələ Birinci Qarabağ döyüşlərini televiziya ekranlarından izləyərkən hərbçi olacağını deyirdi. Sonralar şəhid mayor A.Maşıyevin bu istəyi durmadan artır. Nəhayət ailəsi A.Maşıyevin bu istəyinə etiraz etmir. O, hərb sənətini seçir. 

İkinci Qarabağ müharibəsi başlayanda mayor rütbəsi ilə kəşfiyyat bölüyünə komandirlik edir. A.Maşıyev sonuncu dəfə həyat yoldaşı ilə sentyabr ayının 29-u danışır. Övladlarını tapşırır, təhsillərini davam etdirmələrini istəyir. Son sözləri sırasında “sən mənimlə fəxr edəcəksən” də olur.

Vətən Müharibəsində mayor A.Maşıyev bir sıra nöqtələrdə döyüşüb. Sonuncu dəfə Murov istiqamətində gedən döyüşlərdə itkin düşür. Tam 72 gün sonra yaxınları onun şəhid olması xəbərini alır. 

Bu gün A.Maşıyevin Azərbaycan xalqına üç övladı - iki oğlu, bir qızı əmanət qalıb. Bu övladlar da ataları kimi hərbçi, kəşfiyyatçı olmaq istəyir. 

Şəhid Asəf Maşıyev xidmətinə görə bir sıra fəxri fərmanlar, orden və medallarla təltif olunub. Hərbçi kimi son mükafatı isə “Vətən uğrunda” medalı olub.

 

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    18 Gün, 10 Saat öncə
BIST
1536-0,26
ALTIN
437,328-1,08
EURO
8,9384-0,59
DOLAR
7,3521-0,77
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı