QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/1730_bakida-saxta-mohurlu-qaz-saygaclari-askarlandi-fot

GÜNDƏM

Hamısı

Bakıda saxta möhürlü qaz sayğacları aşkarlandı - FOTO

(1 Ay, 29 Gün öncə) 374 İzlenme 0 Yorum
Bakıda saxta möhürlü qaz sayğacları aşkarlandı - FOTO

UTVXƏBƏR :      Paytaxtın müxtəlif ərazilərində pərakəndə şəkildə qanunsuz qaz çəkilişi aparılan ünvanlar aşkarlanıb.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat verib.

Birliyin Bakı Regional Qazın Satışı Departamenti və Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə sözügedən qayda pozuntusu ilə bağlı Binəqədi rayonu, DSK yolu, 10-cu döngə adlanan yeni yaşayış massivində reyd keçirilib. Reyd zamanı hansısa işbazlar tərəfindən quraşdırılan saxta möhürlü doqquz sayğac birliyin əməkdaşları tərəfindən götürülərək aidiyyəti üzrə təhvil verilib.

Qeyd edilib ki, bir ay bundan öncə “Azəriqaz” İB-nin məsul şəxsləri həmin ünvanda olub və vətəndaşlara işbazlarla ünsiyyət qurmamağı, qaz çəkilişi üçün “Asan xidmət” və “ASAN Kommunal” mərkəzlərinə müraciət etməyi tövsiyə ediblər.

Bir daha vurğulanıb ki, sözügedən ünvanda təbii qazdan istifadə edən sakinlər üçün qaz xətlərini “Azəriqaz” İB çəkməyib. “Azəriqaz” İstehsalat Birliyinin Bakı Regional Qazın Satışı Departamentinin Hüquq şöbəsinin rəisi Röyal Süleymanov faktın araşdırılacağını deyib və birlik adından Daxili İşlər Nazirliyinin əməkdaşlarına reyddə iştirak etdiklərinə görə təşəkkür edib.

 

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    18 Gün, 9 Saat öncə
BIST
1536-0,26
ALTIN
437,469-1,05
EURO
8,9384-0,59
DOLAR
7,3521-0,77
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı