UTVXƏBƏR : Gənclər və İdman, eləcə də, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin Azərbaycan Kiberidman Federasiyası tərəfindən ölkəmizdə kiberidmanın inkişafına dəstək olan “Gaming League Azerbaijan”ın (GLA) təşkilatçılığı ilə keçirilən “COUNTER STRİKE”: “GLOBAL Offensive” oyunu üzrə “Xarı Bülbül” beynəlxalq turniri başa çatıb.
Yarışda Azərbaycanla yanaşı, Gürcüstan, Ukrayna, Özbəkistan təmsilçiləri də iştirak edib.
Turnirdə hər ölkə iki komanda ilə təmsil olunub. Turnirə yalnız ölkələrinin milli seçmə turnirinin qalibləri qatılıb.
Finalda Gürcüstanın “Protos” kollektivi Azərbaycanın “Alinja Tower” komandasına 2-0 hesabıyla qalib gəlib. Üçüncü yer uğrunda görüşdə “BAZA.GG Ukraine” “Team”i eyni hesabla üstələyib.
Beləliklə, Gürcüstanın “Protos” komandası “Xarı Bülbül” beynəlxalq turnirin qalibi olub.
Təmsilçimiz “Nakhchivan Alinja Tower” ikinci, Ukraynanın “BAZA.GG” üçüncü yeri tutub.