QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/1725_ceyhun-bayramov-qirgiz-h-mkari-il-qarabagla-bagli-

RƏSMİ

Hamısı

Ceyhun Bayramov qırğız həmkarı ilə Qarabağla bağlı bəyanatı müzakirə etdi

(1 Ay, 27 Gün öncə) 284 İzlenme 0 Yorum
Ceyhun Bayramov qırğız həmkarı ilə Qarabağla bağlı bəyanatı müzakirə etdi

UTVXƏBƏR :         2020-ci ilin 29 dekabr tarixində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Qırğız xarici işlər naziri Ruslan Kazakbaev arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən bildirilib ki, nazirlər 10 noyabr tarixli üçtərəfli bəyanatdan irəli gələn məsələlərin icrası və bölgədə mövcud olan son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Ruslan Kazakbaev tərəfindən beynəlxalq hüququn bərqərar olması və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə əlaqədar məmnunluq ifadə edilib.

Nazirlər həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi məsələləri üzrə ətraflı fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin, qarşılıqlı maraq doğuran digər regional məsələləri müzakirə ediblər.

 

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    16 Gün, 19 Saat öncə
BIST
15420,00
ALTIN
440,785-0,36
EURO
9,01070,00
DOLAR
7,39910,01
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı