QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/1715_25-dovl-t-mlaki-novb-ti-h-rracda-oz-ll-sdiril-c-k

RƏSMİ

Hamısı

25 dövlət əmlakı növbəti hərracda özəlləşdiriləcək

(1 Ay, 29 Gün öncə) 246 İzlenme 0 Yorum
25 dövlət əmlakı növbəti hərracda özəlləşdiriləcək

UTVXƏBƏR :        İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərracın tarixi açıqlanıb.

Dövlət Xidmətindən verilən məlumata əsasən, növbəti hərrac 26 yanvar 2021-ci il tarixində təşkil ediləcək.

Hərraca 25 dövlət əmlakı, kiçik dövlət müəssisəsi və yarımçıq tikili çıxarılacaq.

Bildirilib ki, təşkil edilən hərraclarda hər kəsin sərbəst iştirakı təmin edilir. İştirak etmək istəyən şəxslərin seçdikləri dövlət əmlakı üzrə elektron sifariş verməklə yanaşı, hərraclara onlayn qoşulmaq imkanı da yaradılıb.

Keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər xidmətin rəsmi saytına və ya özəlləşdirmə portalına daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər.

Hərrac günü hər kəs Elektron Xidmətlər Portalından “Elektron hərrac” bölməsini seçərək özəlləşdirməyə qoşula bilər.

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    18 Gün, 9 Saat öncə
BIST
1536-0,26
ALTIN
437,494-1,04
EURO
8,9384-0,59
DOLAR
7,3521-0,77
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı