QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/1711_-haliy-qazi-hansi-qurum-satacaq-az-riqaz-dan-aciql

RƏSMİ

Hamısı

Əhaliyə qazı hansı qurum satacaq? - “Azəriqaz”dan AÇIQLAMA

(1 Ay, 21 Gün öncə) 519 İzlenme 0 Yorum
Əhaliyə qazı hansı qurum satacaq? - “Azəriqaz”dan AÇIQLAMA

UTVXƏBƏR :       “Əhali və qeyri-əhali abonentlərinə qazın satışını, əvvəlki kimi, “Azəriqaz” İB həyata keçirəcək”.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov məlumat verib.

Bildirilib ki, bugünədək SOCAR həm təbii qazın hasilatını, həm də təbii qazın daxili bazarın istehlakçıları və paylayıcılarına (“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti, “Azəriqaz” İstehsalat Birliyi və Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti) satışını həyata keçirirdi.

Qərarda qeyd edilən tarixdən sonra isə satış prosesinin tənzimlənməsi artıq “Azərkontrakt” ASC tərəfindən həyata keçiriləcək və başqa hər hansı dəyişiklik olmayacaq.

“Azərkontrakt” ASC təbii qazın topdan satışı ilə məşğul olacaq.

Əhali və qeyri-əhali abonentlərinə isə təbii qazın satışını, əvvəlki kimi, “Azəriqaz” İB həyata keçirəcək.

Dünyanın əksər ölkələrində topdan satış və paylayıcı şirkətlər ayrı-ayrı fəaliyyət göstərir. Bunu qaz təsərrüfatı sahəsində bizim Respublika üçün də yeni bir islahat hesab edə bilərik” - deyə C.Səfərov məlumat verib.

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    10 Gün, 22 Saat öncə
BIST
15700,83
ALTIN
440,310-0,34
EURO
9,0004-0,31
DOLAR
7,4270-0,63
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı