UTVXƏBƏR : Rusiyanın Novosibirsk rayonunda taxta evdə baş verən güclü yanğın üçü azyaşlı olmaqla, dörd nəfərin ölümünə səbəb olub.
Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadla xəbər yayılıb.
Ümumilikdə, yanğının söndürülməsinə 27 nəfər və səkkiz texnika cəlb olunub.
Faktla bağlı araşdırma başladılıb.
Həyatını itirənlərin 28 yaşlı qadın, yeddi, üç və bir yaşlı uşaqlar olduğu müəyyən edilib.