QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/1635_s-hid-bas-leytenant-sumqayitda-d-fn-olundu-foto

CƏMİYYƏT

Hamısı

Şəhid baş leytenant Sumqayıtda dəfn olundu - FOTO

(1 Ay, 0 Gün öncə) 205 İzlenme 0 Yorum
Şəhid baş leytenant Sumqayıtda dəfn olundu - FOTO

Sumqayıt şəhərində  Vətən müharibəsində şəhid olmuş baş leytenant Məmmədzadə Mikayıl İlqar oğlu dəfn edilib.

UTVXƏBƏR    - in  məlumatına görə, bu gün şəhidlə vida mərasimi keçirilib.

Şəhidimiz baş leytenant Məmmədzadə Mikayıl İlqar oğlu  Sumqayıtın Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin yaxınları, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, şəhər rəsmiləri iştirak ediblər. 

Şəhidin tabutuna bükülmüş üçrəngli Azərbaycan Bayrağı mərhumun yaxınlarına təqdim edilib.

Qeyd edək ki, Murovdağ istiqamətində döyüşlərdə iştirak edən M. Məmmədzadənin taleyi barədə sentyabrın 28-dən məlumat əldə etmək mümkün olmayıb. Ötən gün onun şəhid olduğu məlum olub.

Allah rəhmət eləsin!

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    18 Gün, 4 Saat öncə
BIST
1467-4,49
ALTIN
438,4100,29
EURO
8,9297-0,10
DOLAR
7,38370,43
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı