QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/1634_susada-qarabag-v-kil-burosu-yaradildi

RƏSMİ

Hamısı

Şuşada Qarabağ vəkil bürosu yaradıldı

(1 Ay, 27 Gün öncə) 293 İzlenme 0 Yorum
Şuşada Qarabağ vəkil bürosu yaradıldı

UTVXƏBƏR :          “Qarşımızda Qarabağ bölgəsində yeni vəkil qurumlarının yaradılması kimi şərəfli vəzifə dayanır. Dədə-baba yurdlarına, doğma torpaqlarına qayıdan vətəndaşlarımıza keyfiyyətli hüquqi yardım göstərilməli, onların hüquqi yardıma çatımlılığı təmin edilməlidir. Vəkillik bu vəzifəni də ən qısa zamanda yerinə yetirəcək. Beləliklə, Vəkillər Kollegiyası illər boyu hüquqi yardıma çatımlılığın təmin olunmadığı ərazilərimizdə fəaliyyət göstərəcək. Artıq Qarabağ vəkil bürosu yaradılıb və o, Şuşada yerləşəcək. Biz çalışacağıq ki, həmin qurumun fəaliyyətinin təşkili üçün bütün lazımi səyləri göstərək”.

 Bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov açıqlama verib.

Prezident İlham Əliyevin 2019-cu il 25 dekabr tarixli Sərəncamına əsasən, dekabrın 28-nin Azərbaycanda Vəkil Günü elan edildiyini vurğulayan A.Bağırov bildirib ki, bu il vəkillər üçün xüsusi əhəmiyyət kəsb edir:

“Vətən müharibəsindəki Qələbə ilində peşə bayramını qeyd etmək qürurvericidir. Bu gün Fəxri xiyabanı ziyarət edərək ulu öndər Heydər ƏIiyevin əziz xatirəsini yad etmək, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş qəhrəmanların xatirəsini Şəhidlər xiyabanında anmağı özümüzə borc bilirik. İyirmi bir il əvvəl - 1999-cu il dekabrın 28-də xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun qəbul olundu. Beləliklə, ölkədə demokratik, müstəqil, qeyri-dövlət və bütün vəkilləri birləşdirən hüquqi təsisat kimi Vəkillər Kollegiyası fəaliyyətə başladı”.

Sədr deyib ki, hazırda Vəkillər Kollegiyası dinamik inkişaf edir. Son illərdə ölkədə vəkillərin sayı xeyli artıb. Pandemiyaya baxmayaraq, onlayn imtahanlar davam edib. Eləcə də 100-dən çox namizəd vəkilliyə qəbul olunub. Bu il ölkədə vəkillərin sayı 1 844-ə çatıb. Eyni zamanda ölkədə vəkil qurumların sayı da artaraq 100-ə çatıb. Beləliklə, demək olar ki, respublikanın bütün şəhər və rayonlarında vəkil qurumları fəaliyyət göstərir.

“Vəkillər Kollegiyası 44 günlük Vətən müharibəsi zamanı ölkəmizin haqq işinə dəstək vermək üçün var gücü ilə çalışıb. Müstəqil təşkilat olan Vəkillər Kollegiyası hüquqi və faktoloji əsaslar toplayaraq bütün beynəlxalq təşkilatlara hesabat xarakterli müraciətlər göndərib. Eyni zamanda şəhidlərin ailə üzvləri, qazilər, ümumiyyətlə, hərbi əməliyyatlarda iştirak edən əsgər və zabitlərin ailələri vəkillər tərəfindən keyfiyyətli pulsuz hüquqi yardım alırlar. Fərəh hissi ilə qeyd etməliyəm ki, yeddi vəkil hərbi əməliyyatlarda iştirak edib. Onlardan bir neçəsi dövlətimizin başçısının müvafiq Sərəncamları ilə təltif olunub və hər biri bu əməliyyatlarda həm vəkilliyi təmsil edib, həm də vətənpərvər vətəndaşlar kimi igidlik göstəriblər.

Bu gün həmçinin Vəkillər Kollegiyasında onlayn konfrans keçiriləcək. Orada ölkədə fəaliyyət göstərən bütün vəkil qurumları təmsil olunacaq və fərdi vəkillər də iştirak edəcəklər. Konfrans Vətən müharibəsindəki böyük Qələbəyə həsr olunacaq”, - deyə A.Bağırov qeyd edib.

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    15 Gün, 16 Saat öncə
BIST
1542-0,64
ALTIN
442,399-0,07
EURO
9,01050,76
DOLAR
7,39850,43
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı