QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/1632_mutasiya-olunmus-koronavirusa-yoluxan-jurnalist-h-

DÜNYA

Hamısı

Mutasiya olunmuş koronavirusa yoluxan jurnalist: “Həyatımdakı ən pis baş ağrısı ilə oyandım”

(1 Ay, 0 Gün öncə) 536 İzlenme 0 Yorum
Mutasiya olunmuş koronavirusa yoluxan jurnalist: “Həyatımdakı ən pis baş ağrısı ilə oyandım”

UTVXƏBƏR :        Böyük Britaniyada ortaya çıxan mutasiya olunmuş koronavirusla bağlı araşdırmalar davam edərkən, bu xəstəliklə mübarizə aparan jurnalistin ifadələri və təcrübələri beynəlxalq ictimaiyyətin gündəmini zəbt edib.

 Britaniyada populyar televiziya kanallarından biri olan Channel 4-ün xəbər meneceri Luiza Kompton mutasiya olunmuş koronavirusla yaşadığı təcrübələrdən danışıb.

Hər həftə velosiped sürən və təqribən 320 kilometr yol qət edən 44 yaşlı Kompton çölə çıxmamağına rəğmən iki həftə əvvəl mutasiyaya uğramış koronavirusa yoluxub.

Xəstəliyə qəfil tutulduğunu söyləyən Kompton bildirib ki, dekabrın 10-da yağışlı bir gündə velosiped sürüb və evə qayıtdıqdan bir gün sonra simptomlar ortaya çıxıb: “Evə gələndə öskürdüm, boğazım ağrayırdı və burnum axırdı. Bunlar normalda koronavirus simptomları deyil, buna görə də soyuqdəymə olduğunu düşünürdüm.

Amma xəstəliyin üçüncü günü həyatımın ən pis baş ağrısı ilə oyandım. İşıqları söndürdüm və bütün gün yatdım. Düşündüm ki, başım həqiqətən partlayacaq”.

O, qeyd edib ki, xəstəliyin beşinci günü ishal və qoxu hissinin itməsi də simptomlara əlavə olunub:

“Xəstəliyin altıncı günü vəziyyətim ağırlaşdı. Ağrıdan yata bilmədim. Uzun, dərin və sakit nəfəs almaq mənə çox kömək etdi”.

Kompton xəstəliyin 10-cu günü huşunu itirib:

“Qısası, bu xəstəliyin çox şiddətli və qorxunc olduğunu söyləmək istəyirəm və bu xəstəli daha yüngül keçirdiyimin də fərqindəyəm”.

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    18 Gün, 5 Saat öncə
BIST
1467-4,49
ALTIN
438,1770,24
EURO
8,9260-0,14
DOLAR
7,37260,28
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı