QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/1607_olimpiya-mukafatcimiz-ilin-ilk-yarisini-buraxa-bil

İDMAN

Hamısı

Olimpiya mükafatçımız ilin ilk yarışını buraxa bilər

(1 Ay, 21 Gün öncə) 305 İzlenme 0 Yorum
Olimpiya mükafatçımız ilin ilk yarışını buraxa bilər

Azərbaycan cüdo millisi Qətərin paytaxtı Dohada keçiriləcək Olimpiya lisenziyalı Masters turnirinə az heyətlə yola düşə bilər.

UTVXƏBƏR    - in məlumatına görə, 11-13 yanvar tarixlərində keçiriləcək yarış üçün indiyə olan göstəriciyə görə 63 ölkədən 320 cüdoçunun adı sifariş olunub.

Bunların 184-ü kişi, 136-sı isə qadın cüdoçulardır. 320 cüdoçudan doqquzu Azərbaycan təmsilçisidir.

Belə ki, Azərbaycan Cüdo Federasiyası hələ ki altı kişi və üç qadın idmançının adını Beynəlxalq Cüdo Federasiyasına təqdim edib. Bunlar kişilərdə Orxan Səfərov, Nicat Şıxəlizadə (hər ikisi -66 kq), Məmmədəli Mehdiyev (-90 kq), Zelim Kotsoyev, Elmar Qasımov (hər ikisi -100 kq), Uşanqi Kokauri (+100 kq), qadınlarda Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi -48 kq) və İrina Kindzerskayadır (+78 kq).

Siyahıda Olimpiya və dünya mükafatçısı, Avropa çempionu Rüstəm Orucovun (-73 kq) adı yoxdur. Öz çəkisində Olimpiya və dünya reytinqinin birincisi olan idmançımız qeyri-rəsmi də olsa, Tokio Olimpiadasına vəsiqəni təmin edib.

Qeyd edək ki, 2021-ci ilin ilk yarışına hələ ki ən çox idmançı sifariş edən Rusiyadır. Şimal qonşularımızın 29 idmançısı bu yarış üçün sifariş olunub. Meydan sahibi Qətər isə hələ ki hansı cüdoçularının yarışacağını açıqlamayıb.

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    9 Gün, 20 Saat öncə
BIST
15240,00
ALTIN
443,5981,16
EURO
9,06720,68
DOLAR
7,50360,79
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı