QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/1606_k-nd-t-s-rrufati-istehsal-kooperativl-rinin-yaradi

RƏSMİ

Hamısı

Kənd təsərrüfatı istehsal kooperativlərinin yaradılma prosedurları sadələşdiriləcək

(10 Ay, 27 Gün öncə) 300 İzlenme 1 Yorum
Kənd təsərrüfatı istehsal kooperativlərinin yaradılma prosedurları sadələşdiriləcək

UTVXƏBƏR :        Kənd təsərrüfatı istehsal kooperativlərinin yaradılma prosedurlarının sadələşdirilməsi məqsədilə nümunəvi nizamnamə hazırlanıb.

Nazirlikdən verilən məlumatda bildirilir ki, kooperativlər kiçik kənd təsərrüfatı məhsulları istehsalçılarına əhəmiyyətli dəstək verməklə, onların müxtəlif növ xidmətlərə, resurslara, texnologiyalara, kreditlərə və tədarük mərkəzlərinə çıxış imkanlarını artırırlar.

Qeyd edilib ki, “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə kənd təsərrüfatında fermer tərəfdaşlığının formalaşdırılması və kooperasiyanın inkişafı üçün tədbirlər müəyyən olunub.

Strateji Yol Xəritəsinə və “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq vətəndaşların könüllü birləşməsi əsasında indiyə qədər Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə pilot olaraq Sabirabad rayonunda 133 ailənin 850 hektarlıq pay torpaqlarından ibarət “Birlik”, 231 ailənin 730 hektarlıq pay torpaqlarından ibarət “Axısxalılar” və Qax rayonunda 96 ailənin pay torpaqlarından ibarət 350 hektarlıq “Atababa Fındıq” istehsal kooperativləri yaradılıb.

Əlavə edilib ki, müxtəlif təsərrüfat sahələri üzrə Cəlilabad rayonunda çiyələk istehsalı üzrə, Lənkəran rayonunda çəltikçilik və çayçılıq üzrə, Xaçmaz rayonunda gilas istehsalı üzrə, Bərdə və Ağcabədi rayonlarında pambıq istehsalı üzrə, Göyçay rayonunda xurma istehsalı üzrə, Zaqatala rayonunda çay istehsalı üzrə, Astara rayonunda sitrus meyvəçiliyi üzrə, Hacıqabul və Ağdaş rayonlarında taxıl istehsalı üzrə kooperativlərin yaradılması nəzərdə tutulur.

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    8 Ay, 15 Gün öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı