QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/1601_dsmf-s-dri-kurd-mird-s-hid-ail-si-il-gorusub-ail-y

CƏMİYYƏT

Hamısı

DSMF sədri Kürdəmirdə şəhid ailəsi ilə görüşüb, ailəyə təqaüd kartını təqdim edib - FOTO

(10 Ay, 27 Gün öncə) 306 İzlenme 1 Yorum
DSMF sədri Kürdəmirdə şəhid ailəsi ilə görüşüb, ailəyə təqaüd kartını təqdim edib - FOTO

UTVXƏBƏR :        Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov Vətən Müharibəsində şəhid olan qəhrəmanlarımızdan biri Elnur İmamverdiyevin ailəsi ilə görüşüb. Kürdəmir rayonunun Carlı kəndində yaşayan ailənin sosial vəziyyəti öyrənilib. 

19 yaşlı Elnur İmamverdiyev hərbi xidmət keçdiyi müddətdə daim komandirlərinin tapşırıqlarını vaxtında yerinə yetirərək, nizam-intizamlı əsgər kimi onların rəğbətini qazanıb. Bu xüsusiyyətlərinə görə ailəsinə təşəkkür məktubları ünvanlanıb.

O, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib. E.İmamverdiyev müharibəyə qədər ata, ana və qardaşı ilə birlikdə yaşayıb. 

Şəhidin ailəsinə Prezidentin aylıq təqaüdünün və sosial müavinətin təyin olunduğu bildirilib.

Fond sədri ailəyə təqaüd kartını, “Şəhid ailəsi üzvü” vəsiqəsini təqdim edib. 

Ailəyə şəhid ailələri üçün nəzərdə tutulan sosial dəstək tədbirləri barədə də məlumat verilib, onların sosial vəziyyətinin həmişə diqqətdə saxlanacağı qeyd edilib.

 

  


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    8 Ay, 15 Gün öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı