QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/1594_din-d-n-yasli-qadinin-sosial-s-b-k-d-ki-muraci-ti-

RƏSMİ

Hamısı

DİN-dən yaşlı qadının sosial şəbəkədəki müraciəti ilə bağlı AÇIQLAMA

(10 Ay, 27 Gün öncə) 200 İzlenme 0 Yorum
DİN-dən yaşlı qadının sosial şəbəkədəki müraciəti ilə bağlı AÇIQLAMA

UTVXƏBƏR :         Qazax rayonunun Aslanbəyli kənd sakini Söylü Eminovanın on dörd baş iribuynuzlu mal-qarasının itməsi barədə sosial şəbəkələrdə paylaşılan iddiaları ilə əlaqədar Rayon Polis Şöbəsində araşdırmalar aparılıb.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov məlumat verib. 
 
O bildirib ki, dekabrın 20-də Qazaxın Aslanbəyli kənd sakini S.Eminovanın oğlu Teymur Eminov DİN-nin “102” Zəng Mərkəzinə yaşadığı kəndin ərazisində ona məxsus on dörd baş iribuynuzlu mal-qarasının itməsi ilə bağlı müraciət edib:

“Müraciətlə əlaqədar RPŞ-nin əməkdaşları dərhal həmin ünvana gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalarla mal-qaranın məhz sahibinin nəzarətsizliyi nəticəsində kənddən xeyli aralanaraq itdiyi müəyyən edilib.

Hazırda Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən vətəndaşa məxsus mal-qaranın tapılması istiqamətində zəruri tədbirlər görülür”.

Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə yayılan görüntülərdə Qazax rayonu Aslanbəyli kənd sakini olan 63 yaşlı qadın mal-qarasının oğurlandığını iddia edərək, kömək istəyib.

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    8 Ay, 15 Gün öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı