QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/1572_-az-rikard-v-idrak-arasinda-m-kdasliq-sazisi-imzal

RƏSMİ

Hamısı

“Azərikard” və “İdrak” arasında əməkdaşlıq sazişi imzalanıb

(3 Ay, 9 Gün öncə) 322 İzlenme 0 Yorum
“Azərikard” və “İdrak” arasında əməkdaşlıq sazişi imzalanıb

UTVXƏBƏR :       “Azərikard” və “İdrak Texnoloji Transfer” şirkəti arasında əməkdaşlıq sazişi imzalanıb. 

Əməkdaşlığın əsasını rəqəmsal-texnoloji həllər üzrə alyansın yaradılması təşkil edir.
Şəxs tanıma və ödəniş prosesinin avtomatlaşması və sürətlənməsi üzrə vahid həllər hazırlayıb, dövlət və özəl təşkilatlarda tətbiq edilməsi isə sazişin prioritet vəzifələrindəndir. 

Bunlarla yanaşı, yanacaqdoldurma məntəqələri, dayanacaqlar, fərdi həyətlər, ödənişli yollar, dövlət-vətəndaş münasibətlərinin idarə edilməsi barədə həllərin hazırlanması da nəzərdə tutulur.

“İnanırıq ki, “Azərikard” və “İdrak”​ arasında əməkdaşlıq təkmilləşən rəqəmli texnologiyanın tətbiqi ilə istifadəçilərin ehtiyaclarına və istəklərinə hər an cavab verə biləcək texnoloji infrastruktura töhfə verəcək, ölkədə korporativ və fərdi şəxslərin ehtiyaclarının həllinin inkişafına dəstək olacaq və ən uğurlu tərəfdaşlıqlardan birinə çevriləcək”, - deyə “Azərikard” MMC-nin baş direktoru Fərid Quliyev bildirib.  

“Ümidvaram ki, hər iki şirkətin kompetensiyalarının icra edəcəyimiz birgə layihələrdə birləşməsi yeni və innovativ həllərin yaranmasına və cəmiyyətimizə yararlı sosial innovasiyaların üzə çıxmasına gətirib çıxaracaqdır”, - deyə “İdrak”​ şirkətinin prezidenti Hikmət Abdullayev bildirib.

Sazişə qoşulmaq istəyən təşkilatlar öz niyyətlərini info@azericard.com ünvanına müraciət etməklə bildirə bilərlər.

“İdrak Texnoloji Transfer” şirkətinin əsas fəaliyyət istiqaməti müxtəlif mürəkkəblik səviyyəsinə malik informasiya sistemlərinin layihələndirilməsi, tətbiqi və müşayiət edilməsidir. “Azərikard” şirkətinin əsas fəaliyyəti kart texnologiyaları və ödəniş sistemləri sahəsində əməliyyatların işlənməsi və bu sahələrdə ən son yeniliklərin tətbiq edilməsidir.

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    1 Ay, 27 Gün öncə
BIST
15420,26
ALTIN
411,8080,35
EURO
8,97680,54
DOLAR
7,53151,61
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı