QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/1551_bakinin-m-nzil-bazarinda-son-v-ziyy-t

GÜNDƏM

Hamısı

Bakının mənzil bazarında son vəziyyət

(8 Ay, 7 Gün öncə) 286 İzlenme 0 Yorum
Bakının mənzil bazarında son vəziyyət

UTVXƏBƏR :        “Son dövrlərdə Bakıda mənzil bazarında aşağı aktivlik qeydə alınıb. Aktivliyi qismən yalnız ipoteka kreditlərinin hesabına qoruyub saxlamaq mümkün olub. İlkin mərhələdə pandemiya səbəbindən qəbul olunan sərt inzibati qərarlar, onun ardınca Vətən müharibəsi, koronavirusun ikinci dalğası mənzil bazarında ciddi təsirləri ilə müşahidə olunub”.

Bunu əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.

O qeyd edib ki, bütün bu proseslərə baxmayaraq, mənzil bazarında qiymətlər aşağı düşməyib:

“Yəni nə mənzil bazarında, nə digər seqmentlərdə əhəmiyyətli qiymət azalmaları var. Nisbi qiymət dəyişmələri müşahidə olunub ki, bu da qısamüddətli bir dövrü əhatə etdiyi üçün orta qiymətə təsir etməyib.

Yəni bütün proseslər daşınmaz əmlak bazarında aktivliyin aşağı olduğu, lakin qiymətin daha çox sabit qalması ilə müşahidə olunur və bu əslində iqtisadi nəzəriyyədən kənar bir prosesdir. Çünki aktivlik aşağı olduğu halda qiymətlər də ucuzlaşmalıdır, lakin qiymətlər daha çox sabit qalıb”.

 


Diqqətinizi çəkə bilər

Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    6 Ay, 24 Gün öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı